“birgə nikah dövründə əldə olunmuş əmlakda olan payın tələbinə dair” Q A R Ş I L I Q L I İ D D İ A Ə R İ Z Ə S İ Xətai Rayon Məhkəməsinə (sədrlik edən hak: Rauf Əhmədov)
Xətai Rayon Məhkəməsinə
(sədrlik edən hak: Rauf Əhmədov)
İddiaçı (ilkin iddia üzrə cavabdeh):
Vəlicanov Ağabala Vəlican oğlu
Ünvanı: Bakı şəh., Xudu Məmmədov küç., ev-20, mən.-36
Cavabdeh (ilkin iddia üzrə iddiaçı):
Vəlicanova Samirə Səməndər qızı
Ünvanı: Bakı şəh., General Şıxlinski küç., ev-37, mən.-30
XAHİŞ: “birgə nikah dövründə əldə olunmuş əmlakda olan payın tələbinə dair”
Q A R Ş I L I Q L I İ D D İ A Ə R İ Z Ə S İ
Möhtərəm hakim!
Cavabdeh (ilkin iddia üzrə iddiaçı) Vəlicanova Samirə Səməndər qızının mənə qarşı “avtomaşının açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair” ilkin iddiası üzrə mülki iş Sizin icraatınızdadır.
Nəzərinizə çatdırım ki, cavabdeh Vəlicanova Samirə Səməndər qızı ilə birgə nikah münasibətlərində olduğumuz dövrdə, eyni zamanda, aşağıdakı əşyalar da əldə edilmişdir və buna görə də həmin əşyalar cavabdehlə mənim birgə mülkiyyətimdir və bizim aramızda, bərabər paylar olmaqla, bölüşdürülməlidir.
Həmin əmlaklar aşadıdakılardır:
1. Dəyəri 680 manat olan 1 ədəd “Şarp” markalı soyuducu;
2. Birinin dəyəri 1100 manat olan 2 ədəd xalça;
3. Birinin dəyəri 600 manat olan 2 ədəd xalça;
3. Dəyəri 600 manat olan 1 ədəd kamut;
4. Dəyəri 1200 manat olan 1 ədəd mətbəx mebeli dəsti;
5. Dəyəri 400 manat olan mətbəx üçün 1 ədəd stol, 6 ədəd stul.
6. Dəyəri 300 manat olan 1 ədəd ev kinoteatrı (DVD);
7. Dəyəri 350 manat olan 1 ədəd “lG” markalı paltaryuyan maşın;
8. Dəyəri 3980 manat olan 1 ədəd “Kibriy” markalı tozsoran;
9. Dəyəri 700 manat olan 1 ədəd “SONİ” markalı televızor;
10. Dəyəri 300 manat olan 1 ədəd “Samsunq” markalı televizor;
11. Dəyəri 300 manat olan 1 ədəd “Samsunq” markalı tozsoran;
12. Dəyəri 1300 manat olan 1 ədəd divan-kreslo dəsti;
13. Dəyəri 2200 manat olan 1 ədəd yataq otağı dəsti;
14. Dəyəri 2100 manat olan 1 ədəd Cakuzi.
Qeyd edilən əmlakların ümumi dəyəri 17810 (on yeddi min səkkiz yüz on) manatdır.
Siyadıda göstərilən əmlaklar faktiki olaraq cavabdehin (ilkin iddia üzrə iddiaçının) sahibliyində və istifadəsindədir və əmlakların bölüşdürülməsi ilə bağlı cavabdehlə aramızda razılıq əldə olunmadığına görə, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam.
AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər”.
Cavabdehlə birgə nikahda olduğumuz dövrdə “Mersedess S-klass” markalı 10-MP-006 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişik.
Həmin avtomobil cavabdehin adına rəsmiləşdirilsə də, cavabdehlə birgə nikah dövründə əldə edildiyinə görə bizim birgə mülkiyyətimiz hesab edilir. Buna görə də, həmin avtomobil üzərində mənim də cavabdehlə bərabər mülkiyyət hüquqlarım var. Lakin cavabdeh, mənim öz mülkiyyət hüquqlarımdan istifadə etməyimə maneçilik törədir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, “32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
32.2.1. onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.
32.3. Nikah dövründə ev təsərüffatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir”.
Nəzərə alsaq ki, yuxarıda sadalanan əmlaklar cavabdehlə mənim birgə nikah münasibətlərində olduğumuz dövrdə əldə edilib, deməli həmin əmlak cavabdehlə mənim birgə mülkiyyətim hesab edilir və bizim aramızda bərabər paylar olmaqla bölüşdürülməlidir.
Mənə də məxsus olan əmlaklar tək cavabdehin sahibliyində olduğu üçün, həmin əmlaklardan istifadə edə bilmirəm və bununla da, mənim mülkiyyət hüquqlarım pozulur.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 149-150 və 155-156-cı maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
Cavabdeh (ilkin iddia üzrə iddiaçı) Vəlicanova Samirə Səməndər qızı ilə birgə nikah dövründə əldə etdiyimiz yuxarıda sadalan əmlakların, bərabər paylar olmaqla, cavabdehlə mənim aramda bölüşdürülərək, mənə düşən payın və ya onun dəyəri olan 8905 (səkkiz min doqquz yüz beş) manatın cavabdehdən tutularaq mənə verilməsi barədə qətnamə qəbul edəsiniz.
Qoşma: — Qarşılıqlı iddia ərizəsinin surəti,
— Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
21 noyabr 2012-ci il
İmza: / A.V.Vəlicanov /