Aile nigahin pozulmasi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam, yaxin bir dostum ucun 2 sual vermek isteyirdim , beleki onlar mehkemeye muraciet edibler, orda 2 sert qoyublar, sertlerin heqiqeten de qanuni olub – olmadiqini sizle de deqiqlesdirmek isteyirdim

Kisi terefin bosanmaq haqda iddia qaldira bilmesi ucun korpenin 1 yasi tamam olmalidir, amaki qadin istediyi vaxt bosanma iddiani qaldira biler, duzdu???
 Deyekki evlilik doneminde alinan ve ya qohumlarin toyda hediyye etdiyi butun qizillar qadinda qalmalidi, doqrudur??

onceden, tesekkur

Tam cavablandırıldı.
Marked as spam
Новруз Ч. Алиев tərəfindən göndərilmişdir
05 Aprel 2017 16:26 dəqiqədə yazılıb.
281 baxış
0
Məxfi cavab

Salam.

1. Ailə Məcəlləsinin  15-ci maddəsinə (ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması) əsasən,  “arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.” KM-nin qərarına əsasən, uşaq ölsə belə, bir illik müddət gözlənilməlidir.

2. AM-nin  34-cü maddəsinə (ər-arvadın hər birinin mülkiyyəti) əsasən,  “34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.”.

 

P.S. Cavabın kecikməsinə görə üzr istəyirəm. Bu arada xəstəlik imkan vermədi.

Uğurlar.

Hörmətlə. 

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
09 Aprel 2017 01:17 radələrində cavablandırılıb