♥ 0 |
Salam. Qurban müəllim qarşıdan gələn çərşənbə və novruz bayramlarınız mübarək. İşlərinizdə və həyatda uğurlar arzulayıram. Qurban müəllim məsləhətinizə ehtiyacım var. Beləki 1994-cü ildə 14 sot torpaq sahəsi almışam. 6 sot şəhadətnamə ilə rəsmiləşdirilib, qalan 8 sot isə zəbt kimi 1994-cü ildən hasara alınıb. Həm şəhadətnamə ilə verilən 6 sot torpaq sahəsi və həm də zəbt olunan 8 sot torpaq sahəsi bitişikdir və eyni hasarın daxilindədirlər. 2013-cü ildə kənd bələdiyyəsi həmin zəbt olunmuş 8 sot torpaq sahəsini qərarla digər adama yaşayış evi tikmək üçün ayırıb. Artıq 4 ildir ki, Reyest sözü gedən torpaq sahəsinə çıxarış vermir, verə bilmir. Çünki torpagın qanunsuz ayrıldığını bilir. Bilmək istəyirəm ki, bələdiyyə qərarla ayırdığı torpaq sahəsini torpağa cıxarış alınmadığı halda yenidən başqa bir qərarla ləğv edə bilərmi? Təşəkkür edirəm Tam cavablandırıldı.
Marked as spam
|
Bələdiyyə qərarının ləğvi
« Əvvəlki səhifəyə geri dön