Bələdiyyə torpağı

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Qurban müəllim sizə yazıb öyrənmək istəmişdim ki, 30 ildir ki, bir hissəsi XDS qərarı ilə verilən, ona bitişik digər hissəsi “zəbt olunmuş” torpaq sahəsi istifadəmizdədir. Torpaq sahəsi bütöv bir hasarın daxilindədir. Qeyd edim ki, həmin ərazini “dövlət proqramı” adı ilə bizdən almaq istəyirlər. Həmin torpaq sahəsini bütövlükdə necə icarəyə götürə bilərəm? Bildirmişdiniz ki, “Siz rəsmi olaraq bələdiyyəyə müraciət edin və imtina cavabı alsanız, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun müvafiq maddələrinə əsasən inzibati məhkəməyə və ya yuxarı orqana–Ədliyyə Nazirliyinin “Bələdiyyələrlə iş Mərkəzi”nə müraciət edin. Həmin Qanunun 16-cı maddəsi də sizin tərəfinizdədir.” Mən bələdiyyəyə rəsmi ərizə ilə müraciət etdim. Həm ərizə göndərişinə dair, həm də bələdiyyənin ərzəmi almasına dair qəbzlər məndə var. Amma bələdiyyə hələki səssizdir. 09.03.2018-ci ildə şəhər İH başçısının qəbulunda oldum. Başçının ətrafındakılar onu yanlış məlumatlandırdıqlarından mənə kömək edə bilməyəcəyini bildirdi və sözü gedən torpaq sahəsinin alınmasına qərar verilərək orada “dövlət proqramı” həyata keçiriləcəyini bildirdi. İstnad etdiyi də bu oldu ki, “sən oranı zəbt etmisən”. Qeyd etdim ki, zəbt etməmişəm, XDS qərarı ilə qanuni fəaliyyətimiz üçün ayrılıb və qarşısında olan boş sahə artıq 30 ildir istifadəmizdədir. Qeyd etdi ki, XDS ləğv olub, XDS qərarı ləğv olub. Bir sözlə mənə qulaq asmadılar, özüm dedim, özüm eşitdim. Sizin məsləhətinizə ehtiyacım var. Bu halda mən nə etməliyəm? Torpaq sahəsinin qanuni istifadəmizə verilən hissəsi 1989-cu ildə şəhər XDS-nin qərarı ilə sahibkarlıq fəaliyyətimiz üçün ayrılıb. Hal-hazırda fəaliyyətmiz ləğv olmayıb, kooperativimiz vergi idarəsində qeydiyyatdadır, 2006-ci ildə VÖEN yenilənib. 2002-ci ildə XDS qərarı ilə ayrılan torpaq sahəsinə və üzərində olan tikiliyə (hal-hazırda tikili təbii fəlakət nəticəsində dağılıb, yoxdur) Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi texniki pasport verib. Burda qeyd etdiklərimi hörmətli başçımıza da dedim amma qəbul etmədilər. Elə hey tutdular ki, torpağı qəsb eləmisən, zəbt eləmisən. Hətta bələdiyyə sədrini də töhmətlədi ki, torpağı zəbt ediblər, sən hara baxırdın? Bu halda mən nə edim, dərdimi kimə deyim, səsimi necə eşitdirim? Minnətdaram

Tam cavablandırıldı.
Marked as spam
Ramin Həsənov tərəfindən göndərilmişdir
09 Mart 2018 15:10 dəqiqədə yazılıb.
164 baxış
0
Məxfi cavab

Salam., Ramin bəy.
Bələdiyyədən imtina məktubu aldıqdan sonrakı bir ay ərzində, yaxud, cavab almadığınız təqdirdə, müraciətinizin bələdiyyə tərəfindən alındığı gündən 35 gün sonra bir ay müddətində inzibati məhkəməyə müraciət edin. Rayon İH bələdiyyə torpaqlarına sərəncam verə bilməz. Siz səhv ünvana getmiş, canavara özünü göstərərək həyatını təhlükəyə atmısan::?))
Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
09 Mart 2018 18:16 radələrində cavablandırılıb

Minnətdaram sizə. İH getməyimdə məqsəd o idi ki, ”Dövlət Proqramını” İH həyata keçirir.

(Ramin Həsənov at 09 Mart 2018 18:55)