Bələdiyyə torpaqlarının sənədləşdirilməsi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Mən İmişli kəndindən 24 ildi qeydiyyatdayam. 2009-cu ildə bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin persperktiv inkişaf fondunun torpaqlarından 10 sot torpaq sahəsi almışam. Mənə Protokoldan çıxarış, alqı-satqıya dair akt, ərazi planı və pulun ödənilməsi barədə qəbz verilib. İndi həmin torpaq sahəsini müıkiyyətə aldırmaq istəyirəm. Beyləqan rayon Daşınmaz Əmlak Reyestr Xidmətinə müraciət etdim, torpaqla bağlı arxivdə məlumat olmadığından imtina məktubu verdilər. Bələdiyyə müraciət etdim. Bələdiyyə sədri 10 sota görə yenidən bələdiyyə hesabına 300 manat pul ödəməli olduğumu, sonra bələdiyyənin adına çıxarış gəlməyi üçün Reyest Xidmətinin xidmət və rüsumlarının mən tərəfdən ödənilməsini bildirdi.

Ancaq həmin torpaq sahələrinin (9.5 hektar yaşayış məntələrinin torpaqları) bələdiyyənin mülkiyyətinə verilməsi barədə Aqrar islahat komissiyasının qərarı var, yekunda bələdiyyənin adına Dövlət aktı var.

Həmin ərazidən mənim kimi 2007-2009 cu illər ərzində bələdiyyə pul ödəyib torpaq alan 90-dan çox vətəndaş var.

Xahiş edirəm, Bələdiyyə sədrinin dedikləri həqiqətdirmi yoxsa necə və  torpaq sahəni necə sənədləşdirə bilməyim üçün köməklik göstərərdiniz.

Çox saq olun

Marked as spam
Elvin Ibrahimov tərəfindən göndərilmişdir
25 İyul 2017 09:11 dəqiqədə yazılıb.
1349 baxış
« Əvvəlki səhifəyə geri dön