♥ 0 |
Salam. Qurban müəllim, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan respublikasının qanunu”nun 3-cü maddəsinin (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan), 3.1-ci bəndində “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir” qeydi var. Sözü gedən müvafiq icra hakimiyyəti orqanı hansıdır? Minnətdaram Marked as spam
|
Məxfi cavab
Salam. Hər bir qanunun qüvvəyə minməsi üçün Prezident Fərman verir və həmin fərmanda sizi maraqlandıran məsələlər öz həllini tapır. Aşağıdakı Fərmanın 2-ci maddəsinə fikir verin. Həmin maddəyə görə, bələdiyyələrin fəaliyyətinə inzibtati nəzarət funksiyalarını həyata keçirən orqan ƏN-nin nəzdində fəaliyyət göstərən “Bələdiyyələrlə iş mərkəzi”dir. http://justice.gov.az/?view=cat&id=27
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: qüvvədə olan qanunvericilik aktlarının “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin; öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələləri həll etsin. 2. Müəyyən edilsin ki: “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir; həmin qanunun 11-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Heydər ƏLİYEV, Bakı şəhəri, 27 sentyabr 2003-cü il Hörmətlə.
Marked as spam
|