Bank kreditləri haqqında? – “UniBank Lənkəran”

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban müəllim!

Belə xeyirxah işinizə görə ALLAH sizdən razı olsun hec olmasa bu cətin günlərdə sözlə də olsa insanlara böyük dayaq olursuz.

Bir problemin həllində köməklik  göstərməyinizi xahiş edirəm.

Mənim zaminliyimlə qardaşım oğlu 2014 cü ilin mart ayında  unibakın lənkəran filialından dollarla kredit götürüb.

2014 cü ilin  iyun ayından (qəza nəticəsində fiziki sağlamlıgında problemlər yaranması səbəbindən) aylıq borcunu ödəyə bilmədiyi ücün bangın əməkdaşına müraciət edib.

Bankın əməkdaşı əlində olan müəyyən işlərini bitirdikdən sonra ona köməklik ğöstərəçyini bildirib və bildirib ki, gedib onun zəngini gözləsin. 2 – 3 aydan sonra məlub oldu ki, işdən cıxarılıb.

Bir sözlə kredit ödənilmədiyi ücün, 2015-ci ilin fevral ayında verilib məhkəməyə. Məhkəmənin qərarından sonra məhkəmə icraatcısı mənə bildirdi ki, qardaşın oğlunun  sabit iş yeri olmadığı ücün kreditin ödənişini mənim  pensiya kartıma yönəldəçək.

Onu da qeyd edim ki, mənim özüm də kredit ödəyiçisiyəm,  aldığım  pensiyanın 38% -ni (280 azn)  banka ödəyirəm.

Mən də məcburiyyət qarşısında olduğumu  görüb xahiş  etdim ki, ailə vəziyyətimi (ailədə 4 nəfərik  məndən başqa işləyən yoxdur) nəzərə alsınlar.

Ancaq 2015-ci ilin oktyabr  ayında pensiyamı alanda məlum oldu ki, mənim pensiyamdan  50% -i (377 azn) tutulur. İndi  97 manatla necə dolanırıq? –  onu deməyə məncə ehtiyac yoxdur.

Artıq 3 aydır  hərbi qulluqçular və xüsusi  rütbəli şəxslərlə il üzrə deportament mənim  pensiyamdan ayda  377 AZN , (3 ayda 1131 azn) pul tutur, ancaq bu pullar  banka köcürülməyib.

Sonuncu  dəfə məndən dekabr ayının 18-də pul tutulub, ayın 21-də isə devalivasiya baş verib!

İndi bilmək istəyirəm ki, əgər pul vaxtında banka ödənilməyibsə, 1131 manata görə məndən əlavə pul tutula bilərmi? 

Əgər bu baş verərsə, mən nə etməliyəm?

Marked as spam
xanaqa1962@box.az tərəfindən göndərilmişdir
12 Yanvar 2016 19:59 dəqiqədə yazılıb.
3272 baxış
« Əvvəlki səhifəyə geri dön