“Bank of Baku”dan dollar krediti götürmüşəm. Ödəyə bilmirəm. İki hüquqşünasdan məsləhət almışam. Siz nə deyirsiniz?

« Əvvəlki səhifəyə geri dön
0
0

salam men 24 noyabr 2014 ilde bank of bakudan 17000 dollar 24 ayliq kredit goturmuwdum. 2015 fevralinda sehv etmiremse dollar qalxdi 1.05 mezennesi oldu. men banka erize yazdim ki odeye bilmirem. olarda mene tezeden cedvel acdilar 1 il vaxtdi uzatdilar birde 2 faiz endirim etdiler. birteherde olsa vaxtinda odemeye bawladim. artiq 2015 ilin noyabr ayinda gordum bu cedvel uzrede vere bilmirem banka muraciet etdim ki krediti manata cevirsinler.olarda dediki sende mebleq coxdu bu mumkun deyil ve umumiyyetle bele qanun yoxdu. neise dekabr ayinin odeniwini borc tapdim verdim. 625 dollardi ayliq odeniw. dekabrn 7 si odeniwi etdim ve seheri gunu getdim banka dedimki men gelen ayin odeniwini ede bilmeyecem guzewt etmesez.bank iwcisi dediki gel erize yaz. erize yazdimki menim kreditimi manata cevirin ve hec olmasa 1 ci ili mene ayliq odeniwimi 200 300 manat arasi teyin edin o biri illeri yavaw yavaw qaldirin. dekabirin 8 erize verdim dollarin mezennesi 1.05 azn idi. bankdan xeber cixmadi ustunen 12 gun kecdi dollar 1.55 azn oldu. bank iwcisine zeng vurdumki noldu erizeme cavab. oda dediki senin erizene baxilana kimi dollar qalxdi. getdim bankin baw ofisine teleb etdimki menim erizeme baxilmamaqinin sebebini yazili suretde verin. olarda mene unvanima mektub gonderdiler. mektubda yazilib, sizin muracietinize baxilimiwdir. cavab olaraq bildirirk ki azerbaycan respublikasinin qanunvericiliyne uyqun olaraq kredit ohdeliyi uzre odeniw edilen zaman bankin odeniw gunune mueyyen etdiyi mezenne nezere alinmalidir. qeyd edilenleri nezere alaraq odeniwlerinizi odeniw etdiyiniz gune teyin edilmiw mezenne ile heyata kecirmeyiniz tovsiyye olunur. buda bularin cavabi. sora mene eve xeberdarliq mektubuda gonderdilerki kecikmeniz var 250 dollar faiz gelib. men yanvarin 30 da yene getdim erize yazdim ki odeniw ede bilmirem iwim temiz dayanib mene komeklik edin. 3 gun bunan evvel zeng vurdularki 2 variant var. ya krediti 1.05 azn mezennesi edek gel krediti tam bagla. yadaki teze mezenneyle 1.58 azn le krediti cevirek manata. mende hec bir variantla razi olmadim. qohumumuz mehkemede iwleyir onanda meslehet aldim oda dediki banka qarwi ne ede bilersenki mehkeme bankin xeyrine iwi baglayacaq, ve kredit mebleqi cox olduguna gore ayliq odeniwi 100 veya 200 manat cedvel tutulmasi qeyri mumkundu. en azi 350 400 azn olacaq. taniw bawqa huquqwunas var onada zeng vurdum telefonda meselini izah etdim oda dediki oz iwindi gel iddia qaldiraq amma bow yere xerc cekeceksen vaxt itireceksen banka qarwi iddia qaldirsanda neticesiz olacaq. hamisi deyirki ancaq caliw bankin ozuyle razilaw, bankda yuxarida qeyd etdiyim kimi 2 ay yarimdi guzewtde getmir.xahiw edirem sizde meslehet vererdiz.

 

salam hormetli huquqwunas siz birinci mektubuma baxib dediz ki sual verdiz ki zaminim kimdi ve birde girov nedi. zamin qardawimdi. menim girovum ev ewyalari meselen divan kreslo televizor ve saire. birde men qizil ticareti ucun kredit goturmuwdum. qizillarin weklini cekmiwdiler sora terezide cekilerini cekib wekilini cekdiler o yeni menim dovriyemde meselcun 30 minlik qizil var. sonra mawinin weklini cekdiler tex pasportu. mawinda menim adimadi.amma men bankin kakizlarina baxdim girovda ancaq ev ewyalari qiymetlendirilib. bawqa hecne yoxdu. zehmet olmasa cavab yazardiz

Marked as spam
humbet tərəfindən göndərilmişdir
10 Fevral 2016 08:02 dəqiqədə yazılıb.
820 baxış
0
Məxfi cavab

Salam.

1. Ödəmək imkanınız varsa, ödəyin!

2.İmkanınız yoxdursa, əvvəl banka yazılı təkliflərinizi verin (saytımızın “sual-cvab” bölməsindəki birinci sualın cavablarındakı sənədlərdən istifadə edin), sonra da da məhkəməyə müraciət edin.

3. İstər məhkəmənin iddiası əsasında, istərsə də Sizin iddianız təmin olunmadığı təqdirdə, tutmalar yalnız rəsmi “girov müqaviləsi”ndəki əmlaklara yönəldilə bilər. Dediyiniz o “şəkilçəkmələr” Sizin biznesinizi– Sizə kredit verilməsinin mümkünlüyünü  əsaslandırmaq  üçün imiş.

4. Tutmalar zaminə və adınızda olan maşına yönəldilə bilər. Girov qoymadığınız bir ədəd evinizə, əmək haqqınızın 50 faizindən çox hissəsinə tutmalar yönəldilə bilməz.

5. Heç bir ödəmə etmədən, bankı məhkəməyə verib, kredit müqaviləsininin şərtlərini dəyişdirməyə cəhd etməyiniz ən düzgün yoldur, məncə.

6. Çətinliyiniz olsa, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin mütləq. Bu işlər peşə hazırlığı tələb edir.

 

Uğurlar.Hörmətlə.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
10 Fevral 2016 19:51 radələrində cavablandırılıb
0
Məxfi cavab

Salam, Hümbət bəy.

Darıxmayın. ALLAH(c.c) Kərimdir. Bizləri darda qoymaz.

Sualınıza tam cavab vermək üçün bir məsləyə aydınlıq gətirin, lütfən:

girovunuz və ya zamininiz varmı?

 

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
10 Fevral 2016 14:12 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön