Bank

« Əvvəlki səhifəyə geri dön
0
0

Qurban bəy salam. Bilirəm vaxtınız azdı. Ancaq vicdanlı bir insan olduğunuz üçün sizə müracət edirəm. Biz qardaş, bacı 4 nəfər dövlətə və prezidentə inanaraq pulumuzu Texnikabanka əmanət qoyduq. Dövlətə arxalanan məmurlar bankı talan etdilər. Bizə cəmi 30 min mnata sığorta hissəsin qaytardılar. Qalan 100 min dollardan çox pulu vermirlər. Qanunu elə qoyublar ki. şikayət vermək olmur. Bizə bir vəkil kimi kömək edin. Heç olmasa Avropa məhkəməsinə müraciət edə bilərikmi. Əvvəlcədən təşəkkürlə edirik. Tanrı sizi qorusun. Əlaqə N-ə 050 215 38 49.

Tam cavablandırıldı.
Marked as spam
Aydin Kerimov tərəfindən göndərilmişdir
14 Mart 2021 12:50 dəqiqədə yazılıb.
19 baxış
0
Məxfi cavab

Salam, Aydın bəy.

Öncə, cavabı gecikdirdiyimə görə üzr istəyirəm.

Youtube üzərindən yayılan AzerFreedom TV-də verilişlər apardığıma görə, xüsusilə də, Azərbaycan Ordusuna qarşı 2017-ci ilin aprel-may aylarında törədilən “Əsrin Cinayəti”nin araşdırılması ilə bağlı sualınızı vaxtında cavablandıra bilmədim.

İkincisi, siz bankı, onun rəhbər işçilərini (İdarə Heyətini), sizə dəymiş ziyanı tam həcmdə ödəmək tələbi ilə, məhkəməyə verib, işi Avropa Məhkəməsinə qədər apara bilərsiz. Bu sizin hüququnuzdur. Sizlərin pulları hesabına o bankın rəhbərləri özlərinə milyonlarla hesablanan mülklər əldə ediblər. O mülklər satılıb sizə dəyən zərər ödənməlidir.

İşi Avropa Məhkəməsinə hazırlamaq, sizi orada təmsil etmək və sonadək aparmaq üçün mən sizə nümayəndəlik edə bilərəm (təbii ki, haqqı ödənilməklə). Bununçün siz, öncə daxili məhkəmə instansiyalarını keçməlisiz. Ali Məhkəmənin qərarını alan kimi, 6 ay ərzində Avropa Məhkəməsinə müraciət etməliyik. Ona görə də, yaxşı olar ki, Respublika Məhkəmələrini keçmək üçün, etibar etdiyiniz bir vəkilin ixtisaslı yardımından istifadə etməyiniz məsləhətdir. 100 min dolları xilas etmək üçün onun 20-30 faizindən keçməli olacaqsız.

Mənimlə vatsap əlaqəsi saxlaya bilərsiz: (+44)785 916 81 59

Hörmətlə. Uğurlar.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
26 Aprel 2021 16:27 radələrində cavablandırılıb