Bankın gecikdirilmiş kreditlə bağlı müştərinin iş yerinə məktubla bildiriş göndərməsi qanuni hərəkətdirmi?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban bəy,

Mənim “Unibank”da gecikdirilmiş kreditim var, bank isə mənim iş yerimə, kadrlar şöbəsinə bildiriş məktubu ilə müraciət edib və köməklik istəyib.

Məni kadrlar şöbəsinə çağirib sadəcə məktub daxil olmasi ilə bağlı xəbərdarlıq etdi. Məktubda mənim dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq krediti ödəmədiyib bildirilirdi. Əslində isə sadəcə 2 ay gecikməm vardı. Banka zəng vurub iş yerinə bildirişin göndərilməsinə etiraz etdim, mənə bu hərəkətin müqavilədə göstərilmiş olmasını bildirdilər. Mən bu müqaviləyə borcun bağlanmamış olduğu halda xitam vere bilərəmmi? Və ya iş yerinə hər hansı bildirişin göndərilməsinin qarşısını necə ala bilərəm. Məlumat üçün bildirim ki, mənim telefonuma dəfələrlə zənglər gəlir hər dəfə ayrı-ayrı departamentlərdən, hər dəfə imtina etmədiyimi və ayın sonunda ödəyəcəyimi bildirirəm.

Öncədən təşəkkür edirəm.

Marked as spam
Elvin81 tərəfindən göndərilmişdir
02 Fevral 2016 21:49 dəqiqədə yazılıb.
687 baxış
Məlumat üçün onuda deyim ki, iş yerindən banka təqdim etdiyim arayışda açıq aydın şəkildə deyilir: Hörmətli bank nümayəndəsi, bu bir zaminlik məktubu deyil, yalnız işçinin həqiqətən də filan vəzifədə və filan əmək haqqı müqabilində çalışdığı haqda arayışdır.
(Elvin81 at 02 Fevral 2016 21:53)
« Əvvəlki səhifəyə geri dön