Borc ilə əlaqədar sual

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Hər vaxtınız xeyirli olsun!
Atam tanıdığı bir nəfərdən notariusda kredit müqaviləsi kimi sənədləşdirib 8000 manatı faizsiz borc olaraq götürüb. Kredit müqavilədə heç bir girov və zamin şəxs qeyd olunmayıb. 02 noyabr 2015-ci ildə atam vəfat edib. Borcu qaytarmağa bizim maddi imkanımız yoxdur. Borc sahibi bizi yanvar 2016-cı ildə məhkəməyə verib və pulu bizdən (ailə üzvlərimizdən) tələb edir. Atamın vəfat edən tarixdən 6 ay tamam olmadığı üçün hakim icraatı müvəqqəti dayandırıb. Yəni 02 may 2016-cı il tarixdən sonra hüquqi varis tanınacaqdır. Atamın adına yalnız bir ədəd 1991-ci ilin “Vaz 2106” markalı avtomaşını var. Həmin avtomaşını ailə üzvlərimizin birinin adına keçirmək üçün bizdə 6 ay gözləməliyik. Ailəmizdə xəstə uşağımız var. Bu maşın bizim ailəyə çoz lazımdır xəstə uşağı həkim müayinəsinə və reabilitasiya mərkəzinə aparıb gətirmək üçün.
1. Borc sahibi məhkəmənin qərarı ilə həmin avtomaşını satdırıb pulunu geri tələb edə bilərmi, yaxud məhkəmənin qərarı ilə həmin avtomaşını öz adına keçirə bilərmi?
2. Hakim hüquqi varisliyin təyin olunmasını gözləyir (6 ay) və avtomaşın ailə üzvlərimizin adına keçirsək iddiaçı bu pulu bizdən yəni varislərdən tələb etdiyi üçün hakim bu məsələdə iddiaçının xeyrinə qərar verəcək? ( avtomaşın sahibi dəyişir )
3. İddiaçı məhkəmədə pulu bizdən yəni varislərdən tələb etdiyi halda avtomaşın atamın adında qalarsa hakim yenədə bu məsələdə iddiaçının xeyrinə qərar verəcək? ( avtomaşın sahibi dəyişmir )
Sizdən xahiş edirəm ki, bizə məsləhət verəsiniz. Sağolun!

Marked as spam
Tariyel tərəfindən göndərilmişdir
28 Mart 2016 17:26 dəqiqədə yazılıb.
414 baxış
« Əvvəlki səhifəyə geri dön