Cehiz əşyası barəsində.

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam çox hörmətli Qurban müəllim sizin
AzeriFreedom
-da  çıxışlarınızı  izləyirik və dəstəkləyirik uğurlu olsun.

Sizdən məsləhət almaq istəyirəm. Deməli evlənib boşanmışam, evli olan vaxtda kirəyədə yaşamışıq, qarşı tərəfə   xəbərdarlıq etməyimizə  baxmayaraq cehiz əçyaların gəlib aparmadılar. Biz özümüz məcbur olub iki nəfər şahidin vasitəsi ilə (Natariusda izahatı ilə təsdiq  olunmuş.) qızın  əşyalarını aparıb öz  evlərinə boşaltsaqda, sonradan  qarşı tərəf  məhkəmədə iddia qaldırdı  ki, mənim cehiz əşyalarımın bir çox hissəsi  verilmiyib adı ilə məhkəmədə iddia qaldırdılar və digər yuxarı instansiya məhkəməsində təsdiq elətdirdilər. İki-ildən çoxdu bununla bağlı məhkəmlərdəyəm.  Qeyd edim ki, cehiz əşyalarına qiymət qoyulmuyub və qismən təmin olunub. (qızıl hissəsi ləğv olunub) Qarşı tərəf  bizimlə düşmənçilik aparır.  İş icradadı  belə olan halda icra məmuru qiymətləndirməyədə verə bilmir  çünki  əşyanın  istehsal yeri, tarixi, markası, firması bilinmir. İndi icra məmuru çıxış yolunu  mənə həpslə  hədə qorxu gəlməkdə görür.

Bilmək istəyirəm bu necə həll olunmalıdır qarşı tərəfin şər-böhtanına məruz qalmışam çıxılmaz vəziyyətdəyəm.

Belə halda icra məmuru məni həps edə bilərmi, əsassız  yerə vəyaxud  yenidən məhkəməyə verə bilərlərmi bilərlərsə nəticə necə olmaq ehtimalı var. Bir  Hüquqşunas  kimi bizə necə yol göstərə bilərsiz  2-ci icra məmuru dəyişiblər bununla bağlı hər ikisidə icra edə bilmir və bizidə get-gələ salıblar. Xahiş edirəm mənə burdan köməklik göstərəsizin. Hörmətlə

 

Marked as spam
Qurban Quliyev tərəfindən göndərilmişdir
07 İyun 2018 23:42 dəqiqədə yazılıb.
190 baxış
« Əvvəlki səhifəyə geri dön