♥ 0 |
Salam. Qurban müəllim sizi yenidən narahat edirik. Belə bir sualımız var. Atam 2015-ci ilin oktyabr ayında hərracda qalib gələrək bələdiyyədən 120 kv metr torpaq sahəsi alıb. Hərracın protokolu, alqı-satqıya əsas verən şəhadətnaməsi atama təqdim olunub. Lakin atam torpağa mülkiyət hüququ əldə etmədən, çıxarış almadan qısa müddət ərzində vəfat edib. Mən atamın qanuni vərəsəsiyəm. Həmin torpaq sahəsinə necə mülkiyyət hüququ əldə edə bilərəm? Məlumat üçün qeyd edim ki, notariusa alqı-satqı ilə bağlı müraciət etmişəm. Notarius, notariat haqqında qanunun 40-ci maddəsini rəhbər tutaraq imtina edib, məhkəmə müraciət etməli olduğumu bildirib. Məhkəməyə müraciət etdim. Məhkəmə notariusun inzibati orqan olduğunu və Şirvan İnzibati-İqtisadi məhkəməsinə müraciət etməli oldugumu bildirərək sənədlərimi geri qaytardı. Şirvan İnzibati-İqtisadi məhkəməsinə müraciət etdim. O isə notarius inzibati orqan olsa da mübahisə mülki zəmində yarandığı üçün işə müvafiq məhkəmədə baxmalı olduğunu əsas gətitərək iddiamı mümkün saymadı. Yenidən qeydiyyatda oldugumuz rayon məhkəməsinə müraciət etdim. Məhkəmə işə baxaraq belə bir halın Reyestr haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimləndiyini əsas gətirərək iddiamı yenidən geri qaytardı. DƏDRX-nə ərizə ilə müraciət etdim. Reyestr haqqında Azərbaycan Respublikasının qanununun 8-ci, 8.0.2-ci və 22.2-ci maddələrini rəhbər tutaraq atamın vərəsəsi oldugum üçün sözü gedən torpağa çıxarış verilməsini xahiş etdim. DƏDRX isə hərracın qalibi olaraq atama təqdim olunan bələdiyyə ilə hərracın qalibi (atam) arasında alqı-satqıya əsas verən şəhadətnamənin müddətinin bitməsini (20 gün müddət qoyulub) əsas gətirərək imtina etdi. Çox izah etdim ki, “iddianız əsassızdır, istinad etdiyiniz şəhadətnamə hərracın qalibinə verilir. Qalib isə atamdır, o da qeyd etdiyim kimi vəfat edib. Mən qanuni vərəsə kimi iştirak edirəm. Reyestr haqqında Azərbaycan Respublikasının qanunununda hərraca dair qəbul olunmuş akt əsasdır. Sizin əsas gətirdiyiniz şəhadətnamə deyil. Çünki o şəhadətnamə hərracın qalibinə verilir, hərracın qalibi isə vəfat edib”. Qurban müəllim pulum, arxam yoxdursa mənə qulaq asan kimdirki!? Marked as spam
|
Çıxarış almaq
« Əvvəlki səhifəyə geri dön