Dələduz mebel ustaları

« Əvvəlki səhifəyə geri dön
0
0

Qurban müəllim sizə çox minnətdaram bizim problemlərimizdən çıxış yolu göstərdiyinizəüçün. Mən 3 ay bundan qabaq mənzilə mebel sifariş etdim. Usta gəlib ölçüləri götürdü və sehəri gün onun sexinə gedərək matreallara baxdım ümumi məbləğ 1580 manat etdi və sifarişi verdim 750 manat da avans istədi və buna dair mənə hər ikimizin imzaladığımız kağız verdi. Həmçinin, onun şəxsiyət vəsiqəsinin sürətini də aldım. Bir müddət sonra mənə zəng edərək əlavə pul istədi və malın tezliklə hazır olacağını dedi mən 350 manat yene verdim lakin aramizdki müqaviləyə əlavə etmədik. Hal-hazırda həmin şəxs nə mebeli gətirir nə pulu verir. Sualım mən bu vəziyətdə onu polisə şikayət etsəm mənə kömək edə bilərlərmi? çünki bir müddət əvvəl Bərdə rayonu Kətəlparaq kənd sakini Hüeynov Xəyal Salman oğluna eyni qaydayla 150 manat avans vermişdim. Həmin o gündən yoxa çıxdı ərazi polis bölməsinə və DİN-ə şikayət etdim həmin şəxsi bakida qeydiyatsız kiraye qaldiğına görə tapa bilmədilər. Cavabinda dedilər əgər tapilarsa barəsində İXM 227 maddəsinə uyğun inzibati tədbir görüləcək. Polisə şikayet etsəm yenidən bu qaydada cavab vere bilermi? Xahiş edirəm o insandan pulumu geri almaq üçün hansı tədbir görməyimi məsləhət bilirsiniz?

Marked as spam
Nicat İmamverdiyev tərəfindən göndərilmişdir
26 Sentyabr 2018 16:14 dəqiqədə yazılıb.
158 baxış
« Əvvəlki səhifəyə geri dön