Daşınmaz əmlaka texniki pasport və çıxarışın verilməsi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam.

Özbaşına tikilini qanuna müvafiq sənədləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları bizdən məhkəmə qərarını tələb edirlər. Bizdə bununla əlaqədar olaraq 2 saylı İnzibati -İqtisad Məhkəməyə ərizə ilə müraciət edirik ki, müvafiq qərar verilsin. Məhkəmə də bizim əleyhimizə qərar verdiyi halda biz özbaşına tikilini hansı qaydada qanuna müvafiq sənədləşdirək. Halbuki evin texniki sənədi mövcuddur, ailə üzvlərimizin hamısı bu ünvanda qeydiyyatdadır, həmçinin evin bütün kommunal xətlərlə təchiz edilmişdir, dövlətə torpaq vergisi ödənilmişdir.

Bu necə özbaşına tikilidir ki, 1940-cı ildən bəri SSRİ vaxtında sökülməmişdir və dövlət qurumları bu özbaşına tikilini bütün komunikasiya xəttləri ilə təchiz etmişdir və evin sakinlərini pasport qeydiyyata almışdır, hətta evə texniki pasport verilmişdir, daşınmaz əmlaka görə dövlətə torpaq vergisidə ödənilmişdir. Bir daha bildirirəm ki, bu evi biz özbaşına tikməmişik və evin altındakı torpaq sahəsini qeyri-qanuni yolla biz zəbt etməmişik. Evi 1972-ci ildə alqı-satqı (raspiska) yolu ilə və qeydiyyata düşməklə əldə etmişik.

40 ildən çoxdur ki, mən bu evdə yaşayıram və  qeydiyyatdayam. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6. maddəsində qeyd edilmişdir ki, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.

Sizdən xahiş edirəm mənə məsləhət verin. Təşəkkür edirəm.

Marked as spam
Tariyel tərəfindən göndərilmişdir
16 Mart 2016 13:28 dəqiqədə yazılıb.
2597 baxış
0
Məxfi cavab

Salam.

1.  Evi 1972-ci ildə alqı-satqı (raspiska) yolu ilə və qeydiyyata düşməklə əldə etmişik.— bu cümlə aydın deyil. “Alqı-satqı” müqaviləsi varmı?

 

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6. maddəsi həmin məcəllə qüvvəyə mindiyi dövrdən sonraya aiddir–2000-ci ilin 1 sentyabrından sonraya.

 

Hörmətlə.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
17 Mart 2016 00:38 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön