Bank, maşınımı alacağı ilə hədələyir. 14 ay ödəmişəm. 6000 borcum qalıb. Dövlətdən nəsə güzəşt gözləməyə dəyərmi?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban bey. Men 23.09.2014 ilde 2000-ci ilin  Mercedes E220 markali mashinini almaq uchun Zamin bankin Ugur filialindan kredit goturmushem. O vaxt mashinin giymeti 13 000 dollariydi, o zaman ki mezenne ile (0.78 AZN) 10140 manat idi. Elimde 7000$ var idi, 6 000$ ehtiyac duydugumdan banka muraciyet etmeli oldum. Bankda istediyim pulun uzerine mecburi olaraq avtomobilin 100% sigortasi, menim can sigortam ve shapkalarini qoyub hesablandigdan sonra

mene bankdan 6000$ verib odeme cedvelinde 8 099$ goturduyumu gosribler. Faizleriyle (22%) birge 10 085$ vermeli idim. Ustelik kredit muqavilesinide vermeyibler. 24 ayliq odenish cedvelinde her ay 420.21$ odemeli oldugumu gosteribler. Buda o zaman ki mezenne ile 330 manat edirdi. Bankin muduru ve qiymetlendirmeye baxan murexessisle birge ayliq gelirimi hesabladigda 330 manat ayda odeye bileceyimi dedim ve cedvelde olan pulu manatla hesablanmasini xayish etdim. Evezinde ise onlar gulerek ne ferqi var sen onsuzda odenishini manatla edesen dediler. Ilk devalvasiyadan sonra kursun 1.05 oldugunda elime aldigim gelir deyishmediyinden men banka yeni mezenne ile 441 manat odemeliydim. Banka muraciet etdiyimde dediler ki bizde bilmirdik, kim bilerdi bele olar. Onlardan mene komey etmeyi xayish etdim. Onlar dediler ki kreditin yalniz vaxtin uzada bilerik. O da achigi size serf etmir. Men onlardan pulumu manata chevirmeye  xahish etdim. Bank dedi Merkezi Bank icaze vermir buna, bir yerden pul tap gel borcumu bagla. Buna imkanim olmadi ve men ele 350 manat odeye bilirdim. Oda edirdi 330 dollar. Ikinci devalvasiyadan sonra (mezenne 1.55 AZN) ise 651 manat odemeliyem. Iki ayi odememishem dovletin dollar kreditleriyle bagli qerarini gozleyirdim. o muddetde bankdan hech bir zeng olmurdu. Elmar Rustemovun sozunden sonra bankdan zengler bashladi. Odemeni cari kursla etmeni dediler, yada mashini alacaqlar. Mashinin bazarda indiki giymeti ise 8500 manatdir. Buda bu gunku kursla 5000$ edir. Indi mene deyin 14 ay pul odemishem, 6 000$ borcum qalib. Bank shapkadan qazandi, faizden qazandi, dollarin kursundanda qazandi hele ustelik meni hedeleyin mashinimi elimden almaq isteyir. Men ne elemeliyem? Mene meslehet verin

 

P.S. Ilk devalvasiyalardan sonra Sederekde ki maqazami baglamali olmusham. Hal hazirda  ishsizem.

 

Marked as spam
Memmed tərəfindən göndərilmişdir
28 Yanvar 2016 13:38 dəqiqədə yazılıb.
283 baxış
0
Məxfi cavab

Salam,Məmməd bəy!

1. Durumunuzu yaxşı başa düşürəm. Vətəndaşlarımızın hamısı, sizin kimi, problemlərin içində çarpışırlar. Səbr edin, bu da bir imtahandır. Həyat sınaqları ilə gözəldir.

2. 6000 dollar borcunuz qalıb, maşının qiyməti 8500 dollardır. Gəlin düşünək: borcunuzu verməsəniz bank məhkəmə yolu ilə borcu maşına yönəldəcək. Hərracda dəyər-dəyməzinə satdırıb, qalığı da sizdən tələb edəcəklər. Bu variantda, ən yaxşı yol: maşını özünüzün yaxşı qiymətə satıb vəziyyətdən az ziyanla çıxmaqdır.

3. “Şapka” və sair yersiz xərclər sizin öz günahınız, səhlənkarlığınız və laqeydlinizin nəticəsidir. Ancaq yenə də gec deyil. Sığortanı dayandırıb, əvvəlcədən verdiyiniz məbləğin qalığını geri tələb edə bilərsiniz. “Şapka”nı da həmçinin. Harada görünüb ki, mal satan adam müştərisinə hörmət etmək əvəzinə alıcı bunu etsin? Məgər maşın qıtlığı var ölkədə? Bunu anlamış deyiləm. gedin, pulunuzu geri tələb edin.Verməsələr, polisə müraciət edəcəyinizi bildirin.

4.  Məzənnənin dəyişməsi, ödəmə qabiliyyətinizin məhz dövlətin qərarına əsasən (Mərkəzi Bankın devalvasiya qərarı) pisləşməsinə görə, əvvəl banka öz şərtlərinizi rəsmi qaydad təqdim edin. Sonra da, saytımızın birinci sualındakı cavabda yaydığım sənədlərdən istifadə edərək məhkəməyə müraciət edin.

5. Çətinliyiniz olsa, mütləq etibar etdiyiniz bir hüquşünasın yardımından istifadə edin. Nəzərə alın, məhkəmə sənədləri qanuna uyğun tərtib edilməlidir ki, əlavə problemlər yaşamayasınız.

Uğurlar və səbr arzulayıram Sizə. Hörmətlə.

 

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
28 Yanvar 2016 18:51 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön