Salam, Fərahim bəy.
1.Məhkəmə əmrinə etiraz etdiyinizə görə, məhkəmə öz əmrini ləğv edib iddia icraatına keçəcək, bu barədə Sizə xəbər verilməlidir. Özünüz də məhkəmədən maraqlanın, çünki çağırış poçtda itə də bilər, burası İngiltərə deyil::)).
2. Əlbəttə, öhdəlikdən qismən azad olunmanız barədə əsaslarınız varsa, elə həmin icraatda qarşılıqlı iddia qaldıra bilərsiniz. Bu zaman MPM-nin 155-156-cı maddələrinin tələblərinə əməl etməlisiniz.
Maddə 155. Qarşılıqlı iddianın verilməsi
155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir.
155.2. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.
Maddə 156. Qarşılıqlı iddianın qəbul edilməsi şərtləri
156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir:
156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;
156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;
156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.
156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.
Hörmətlə. Sizə uğurlar və ALLAH(c.c)dan bollu səbr arzulayıram.
İnşallah ki bu problemdən qurtarma şansımız olar! Cavaba görə təşəkkür edirəm!