dollar kreditini manat kreditine nece cevirmeli?

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. 2014-cü ildə banka 10000 manat kredit üçün müraciət etdim. Bank mənə dollar krediti təklif etdi. Mən etiraz edib, qazancımın manatla olduğunu və Azərbaycan vətəndaşı olmağımı əsas gətirərək manat krediti götürmək istədiyimi bildirdim. Bank isə öz növbəsində “Siz ödənişi manatla edərsiniz” deyə bildirdi. Və beləcə həmin günə olan kursa uyğun 10000 manat məbləği dollara çevirib (təxminən 1 dollar = 0.7843)  mənə 12750 dollar kredit ayrıldı. Bir müddət aylıq ödənişlərimi manatla odədim. Sonra məlum problemlər üzündən mən də ödəniş edə bilmədim. Sonra 2015-ci ildə bank məni kreditin ödəniməsi ilə bağlı ( təbii ki, məbləğ dollar göstərilməklə) məhkəməyə iddia ərizəsi ilə müraciət etdi və iddiası təmin olundu verib. Bilmək istəyirəm Ki, mən müqaviləni necə dəyişdirib manat edə bilərəm? Düşünürəm ki, manat krediti üçün müraciət etməyimə baxmayaraq mənə dollar krediti verməklə və indi də dolları israrla tələb etmələrinə görə mən aldanılmışam. Təşəkkür edirəm

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir
04 Sentyabr 2016 10:14 dəqiqədə yazılıb.
340 baxış
« Əvvəlki səhifəyə geri dön