“Bank of Baku” – Kreditin dollarla verilməsi barədə

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam, mən dollarla bağlı olan kredit promlemi haqda yazmaq və hüquqi məsləhət almaq istəyirəm. Mən, Avqust 2014 cü il tarixinde “Bank of Baku”dan dollarla kredit götürdüm, halbuki mən bankdan dollarla kredit xahiş etməmişdim.

Kredit rəsimləşdi Fevral 2015 ci il tarixində dollarin məzınnəsi 0,78 AZN-dən 1,05 AZN-yə çatdı, 2 ay yeni kursla ödəməyə məcbur oldum gördüm ödəmədə çətinlik çəkirəm.

Banka bu barədə müraciət etdim ve onlar mənə kredit qrafikini yalnız uzatmaqla kömək etməyi təklif etdilər. Dolları manatla evez etməyi xahiş etdim amma onlar bununla razılaşmadılar, dediler əmanətlərin çoxu dollarla olduğundan, biz de bu strategiyanı seçmişik.

Dollar ödənişinin yeni kursla ödənişinə etiraz etdim amma onlar müqavilədəki bir bəndi mənə göstərdilər, etiraf edim ki, o bənddə ödənşin yeni kursla ödənilməsi barədə hissə var. Kreditim avqust 2016 ci ildə bitəcəkdi amma 10 ay əlavə müddət əlave olundu.

İndi növbə ikinci devalvasiyasnındı.

Dekabrın 21-də növbəti dəfə manat aşağı düşdü. Artıq dollar kreditim 2 dəfədən artıq çoxaldı. Həqiqətən çətinlik çəkirəm ödəyə bilmirəm!

Banka gedib kredit götürdüyüm filial müdiri ilə görüşdüm və o cavabında hökümət bu barədə yanvar ayının 10-na kimi qərar verəcək dedi amma olmadi.

Düzü mən hökümətdən heç bir güzəştin olacağına inanmıram. Ötən devalvasiyada nece Konstitusiya məhkəməsindən sadəlöv kimi hümanist qərar gözləyirdik…. olmadı!

Xahiş edirəm bu məsələdə mənə hüquqi məsləhət verəsiniz.

Hörmətlə Tural Əliyev

Marked as spam
Tural_2016 tərəfindən göndərilmişdir
10 Yanvar 2016 12:51 dəqiqədə yazılıb.
5000 baxış
0
Məxfi cavab

Salam, Tural bəy! Suala görə çox sağ olun!

1. Siz həmin müqaviləni məhkəmədə “etibarsız əqd” kimi mübahisələndirə bilərsiniz. Ona görə ki, Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, bank və borc alan hər ikisi yerlidirsə, borc müqaviləsində pul manatla ifadə edilməlidir. Hər iki rətəfin yerli olduğu halda, dollarla kredit verilməsi qanuna ziddir.

2. Yazdıqlarınızdan anlaşılır ki, bank sizi aldadıb, Siz manatla istəmisiniz, onlar dollarla verib. Bu halda da MM-nin 339.2-ci maddəsinə əsasən, “aldatma yolu ilə bağlanmış əqd kimi” müqavilənin etibarsızlığı barədə məhkəmədə iddia qaldıra bilərsiniz.

3. MM-nin 741-ci maddəsinə əsasən, faizlər bir ilin sonunda verilməlidir. Sizin müqavilədə isə, faizlər əsas borcla birlikdə aylar üzrə ödənilir. Bu da MM-nin 337-ci maddəsinə əsasən, Sizə imkan verir ki “əqdin etibarsızlığını” məhkəmədə qaldırasınız.
4. Ən əsası, MM-nin556, 557-ci maddələrinə diqqətlə baxın. Həmin maddələrə əsasən, dövlət və bələdiyyə orqanlarının qərarı ilə tərəf öz öhdəliklərini icra etməkdən məhrum edilirsə, bu “fors-majir” halı kimi, tərəfi öz öhdəliklərini icra etməkdən azad edir.

5. MM-nin 422-ci maddəsinə əsasən, “vəziyyətin əhəmiyyətli dəyişməsini nəzərə alaraq”, müqavilədə istədiyiniz dəyişiklik təklifi ilə banka müraciət edə bilərsiniz.

Beləliklə də: Siz bizim saytdakı “təklif və iddia ərizəsi” nümunələrindən istifadə etməklə, öncə, müqaviləyə dəyişikliklər edilməsi təklifi ilə banka müraciət edin və bildirin ki, təklifiniz qəbul edilməsə, MM-nin 422, 423 cü maddələrinə əsasən, müqaviləni ləğv etdirmək üçün məhkəməyə müraciət edəcəksiniz.

Bankdan cavab aldığınız gündən sonrakı bir ay ərzində və ya təklifiniz banka çatdığı gündən sonrakı bir ay ərzində bankın yerləşdiyi rayon məhkəməsində iddia qaldırın.

Çətinliyiniz olsa, tanıdığınız və yalnız etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə etməyiniz məsləhətdir.

Uğurlar və səbr arzusu ilə.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
11 Yanvar 2016 00:46 radələrində cavablandırılıb

Çox sağ olun dəyərli məsləhətinizə görə.Sabah ərizəni Banka təqdim edəcəm mütləq.

(Tural_2016 at 11 Yanvar 2016 00:56)
« Əvvəlki səhifəyə geri dön