Ev bolgusu haqqinda

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam Qurban muellim. Men 2006 ci ilin aprel ayinda aile qurmuwam ve bu nigahdan 2 uwagim var. Uwaqlarimda ozumde gelin kocduyum evde qeydiyyatdayam. Evde evvelden yawayiw olunmayib men bura gelin kocenden sonra yawayiw olub. Bowanmagima baxmayariq 4 ildir men gelin kocduyum evde yawayiram ve kecmiw yoldawimda bu evde yawayir. Qeydiyyatda 2 uwag men kecmiw yoldawim ve anasi var. Biz bu evi satib bolmek isteyirik kecmiw yoldawimda yari bolunmeye raziliq vermir deyir mehkeme ile boleceyik. Men bilmek isterdim menim bu evde huququm nedir ve mene hansi pay duwur. Ev texniki pasportla kupacasi yoxdur ve 5 neferin qeydiyyati var evde. Onlar bir defe meni mehkemeye verib kompensasiya ile evden cixarmaq istediler amma Hakimin qerari bawqa cur oldu. Hakim kupvasi olmayan evleri ancaq oz aranizda hell edib bole bilersiz dedi . Indi men bilmek isterdim mene bu evden hansi pay duwur. Evvelceden tewekkurumu bildirirem

Marked as spam
Xeyale Muradova tərəfindən göndərilmişdir
27 İyul 2017 12:00 dəqiqədə yazılıb.
1084 baxış
0
Məxfi cavab

Salam, qızım.

Yazdıqlarınızdan aydın olur ki, siz həmin  evə gəlin köçmüsünüz. Yəni ev siz nikaha girənədək varimiş.

Belə olduğu halda siz o evdən heç bir pay ala bilməzsiniz. Çünki ər-arvad yalnız birgə nikah dövründə əldə edilmiş əmlaka bərabər payla şərikdirlər. Sizə kompensasiya təklif edirlərsə, bu sizin uğurdur.

Uşaqlarla isə məsələ başqadır.

Onlar doğulduqları vaxtdan həmin evdə istifadə hüququ əldə edirlər.

“Uşqa hüquqları haqqında” Qanunun 20-ci maddəsi bunu təsbit edib. 

Mənzil Məcəlləsinin 30-cu maddəsi  ( Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri) ilə diqətlə tanış olun. 

“30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.

30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.”

 

Bu məsələdə sizə ixtisaslı hüquqşünas yardımı lazımdır.

İnanıb, etibar etdiyiniz bir hüquqşünasa müraciət etməyiniz məsləhətdir.

Sizə uğurlar.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
29 İyul 2017 20:49 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön