Salam, Rövşən bəy.
Qeydiyyatın hüquqi əsaslarından asılı olaraq qeydiyyatdan çıxarmanın üsulları fərqlidir.
Məsələn, kirayəçinin qeydiyyatda olması ilə, mülkiyyətçinin ailə üzvünün və ya gəlinin qeydiyyatının əsasları fərqlidir.
Sualınızdan aydın olmur ki, qeydiyyatdan çıxarmaq istədiyiniz adamın hüquqi statusu nədir.
Əvvəla, qeyd edim ki, 2000-ci ilin oktyabrınadək olan qaydalardan fərqli olaraq, indi qeydiyyat öz-özlüyündə xüsusiu imtiyazlar vermir və əlahiddə hüquqlar yaratmır. Qeydiyyat, sadəcə olaraq, vətəndaşın harada olduğunu bildirən, lazım olanda dövlətin öz vətəndaşını tapmalı olduğu texniki bir işləmdir.
Ancaq qeydiyyatın əsaslarından asılı olmayaraq, qeydiyyatdan çıxarmanın tək bir hüquqi əsası var: həmin qeydiyyata əsas olmuş hüquqa xitam verilməsi .
Məsələn, ailə üzvü kimi qeydiyyatda olan şəxsin istifadə hüququna xitam verdikdən sonra ( MM-nin 228.2-ci maddəsi: Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.), icarəçi kimi qeydiyyatda olan şəxsin isə icarə müqaviləsinə xitam veriləndən sonra qeydiyyatdan çıxarma ilə bağlı polis orqanlarına müraciət etməlisiniz.
Sualınızı dəqiqləşdirsəniz, daha dəqiq cava verə bilərəm.
Çətinliyiniz olarsa, inanıb etibar etdiyiniz bir hüquqşünasın hüquqi yardımından istifadə etməyiniz məsləhətdir.
Hörmətlə.