Evden qeydiyatdan cıxarmaq

« Əvvəlki səhifəyə geri dön
0
0

salam ev almişıq , aadımiza kecirtmek isteyirik ama evde qeydiyatda olan 1 nefer var onu cixarmaq isteyirik bu proses nece başh verir ? qeydiyatda olan şexs hansıkı ev kimin adınadır hemin sexsin bacısıdır.ama evde yaşamir hansi proseduru izlememiz gerek lutfen bilgi vererdiz . evi adıma kecirmek isteyirem ama hemin şexs elaqe yoxdu yeni arada problemler var

Marked as spam
Ilkin Zerbeliyev tərəfindən göndərilmişdir
04 Fevral 2021 17:03 dəqiqədə yazılıb.
38 baxış
0
Məxfi cavab

Salam, İlkin bəy.

Öncə, üzr istəyirəm ki, AzerFreedom TV-də işlərimin yoğunluğu üzündən vaxtında sizə cavab verə bilməmişəm.

1.Evin alqı-satqısı zamanı siz əgər həmin evdən kiminsə istifadə hüququ olduğunu bilmisizsə, yəni bunu bilə-bilə evi almısızsa,  yalnız həmin şəxsə kompensasiya ödəməklə çıxara bilərsiniz.

2. Yox əgər satıcı sizi aldadıb, bu faktı, yəni kiminsə o evdə qeydiyyatda olduğunu-istifadə hüququ olduğunu gizlədibsə, siz bu faktı bildiyiniz vaxtdan 1 il müddətində  satıcıya qarşı “alqı-satqının etibarsız hesab edilməsinə dair” məhkəmədə iddia qaldıra bilərsiz.

Yaxşı olar ki, etibar etdiyiniz bir vəkilin hüquqi xidmətlərindən istifadə edəsiniz.

Hörmətlə, Qurban Məmmədli

 

 

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
28 Aprel 2021 16:46 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön