Evden qeydiyyatdan çıxarmaq

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam ailede qeydiyyatda olan birini qeysiyyatdan çıxarmaq isteyirik buna görə məhkəməyə baş vurduq məhkəmədə hakimin qsrarı

Evin qeydiyyatında başqa adamların olduğunu ve eve icra nümayəndəsi gələcək 10 günə kimi 15 gündü gələn yoxdu bu düzdümü ? ev yiyəsi şikayətçi olub evin qeydiyyatınxan çıxarmaq istəməyi hakda məhkəməyə baş vurubsa ev yiyəaini necə başqası ola bilərki ?

Marked as spam
Melisa Alıyeva tərəfindən göndərilmişdir
11 Mart 2021 22:27 dəqiqədə yazılıb.
15 baxış
0
Məxfi cavab

Salam, Melisa xanım.

Öncə, cavabı gecikdirdiyimə görə üzr istəyirəm.

Youtube üzərindən yayılan AzerFreedom TV-də verilişlər apardığıma görə, xüsusilə də, Azərbaycan Ordusuna qarşı 2017-ci ilin aprel-may aylarında törədilən “Əsrin Cinayəti”nin araşdırılması ilə bağlı sualınızı vaxtında cavablandıra bilmədim.

İkincisi, sualınız tam aydın deyil. Mətn çoxlu səhvlərlə yazılıb deyə, tam anlaşılmır.

Üçüncüsü, ev sahibi (mülkiyyətçi və ya icarəçi) onun rəsmi razılığı olmadan onun mənzilinə qeydiyyata salınan istənilən şəxsi məhkəmə qaydasında qeydiyyatdan çıxarda bilər. Hakim iddia ərizəsinə mahiyyəti üzrə baxmalı və qərar qəbul etməlidir. Yazdığınız kimi, “gedin, evinizə icra nümayəndəsi gələcək”-deyə bilməz.

Siz həmin hakimin hərəkətlərindən Məhkəmə-hüquq Şurasına, qərar qəbul edibsə, qərarından yuxarı məhkəmə instansiyasına (apellyasiya məhkəməsinə) şikayət verməlisiz.

Yaxşı olar ki, vəkil xidmətindən istifadə edəsiz. Vəkilin haqqını ödəməyə maddi imkanınız olmasa, məhkəməyə müraciət edib dövlət hesabına sizə vəkil təyin edilməsini tələb edə bilərsiz.

Hörmətlə. Uğurlar.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
26 Aprel 2021 16:14 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön