♥ 0 |
Salam. Mən 2010-cu il İcra hakimiyyəti Başçısının tikintiyə icazə Sərəncamı əsasında ev tikmişəm və layihədə təsdiqlənibdi. 2013-cü ildə evin qeydiyyata alınması dair Başçının Sərəncamı da var. Müəyyən səbəblərdən evin təsdiq olunmuş eskiz layihəsi sənədi itib və 1 nüsxə surəti var. Layihənin surətini əldə etmək üçün İcra hakimiyyətinə və Milli Arxiv İdarəsinə ərizə ilə müraciət etdiyimdə belə bir sənədin onlarda olmadığı məktubunu verdilər. Mövcud Fərdi yaşayış evinə yeni layihə çəkdirdim və İcra hakimiyyətinə ərizə ilə müraciət etdim, ordanda imtina məktubu aldım. Əvvəlki layihənin baş planı ilə yeni çəkilmiş layihənin baş planları (torpaq sahənin faktiki istifadə vəziyyətinə görə) fərqlidir, amma evin ölçülərində heç bir fərq yoxdur. Evin qeydiyyata alınması üçün BTE-də layihə tələb olunur. İcra hakimiyyətində layihənin təsdiqlənməsini necə etməyim üçün mənə köməklik göstərərdiniz. Çox saq olun. Marked as spam
|
Fərdi yaşayış evinin eskiz layihəsinin təsdiqlənməsi
« Əvvəlki səhifəyə geri dön