♥ 0 |
Salam Qurban müəllim! Mən fərdi yaşayış evi tikmək üçün torpağın çıxarışını,lisenziyalı memardan tam layihə paketinin və s.sənədlərin surətlərini oktyabrın 14-də ərizə ilə r-n icra hakimiyyətinə təqdim etmişəm. Mənə 1 ay müddətində cavab gəlmədiyi üçün tikintiyə başlamışam. İcra hakimiyyətinin qəsəbə üzrə nümayəndəsi polisin iştirakı ilə işimi saxladı. R-n icra hakimiyyətindən bildirdilər ki, noyabrın 7-i mənə cavab göndərilib.Bugünə qədər o cavabı poçt təqdim etməyib. Mən icra hakimiyyətindən cavabın surətini aldim 17 dekabrda. İcra nümayəndəsi və polis işi başlasam məni cərimə edəcəklərini və mənim işimi saxlamaq üşün polisin post patrul xidmətini göndərəcəklərini dedilər. Mən hansı hərəkətləri edə bilərəm? Mümkünsə kömək edin. Çox sağ olun! Marked as spam
|
Məxfi cavab
Salam, Ağamusa bəy. “AZƏRBAYCAN RESPUBLİKASININ ŞƏHƏRSALMA VƏ TİKİNTİ MƏCƏLLƏSİ”nin 80-ci maddəsinə (məlumatlandırma icraatı) əsasən, “80.1. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.
80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.80.6. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.”Sualınızdan aydın olur ki, siz 14 oktyabrda İH-ə müraciət edib, 17 dekabrda cavab almısınız. Deməli, İH qanunun tələblərini pozub. Siz tikintiyə başlamaqda haqlısınız. Bu vaxt isə sizə maneçilik törədən polis və sair orqanın qanunsuz hərəkətləri barədə İnzibati Məhkəməyə müraciət edə bilərsiniz.Bu vaxt Siz İnzibati Prosessual Məcəllənin 34.2-ci maddəsinə (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər) istinad etməlisiniz.
Sizə uğurlar arzulayıram. ALLAH(c.c)dan ümidinizi üzmədən səbrlə müübarizə aparın. Çətinliyə düşsəniz, etibar edib inandığınız bir hüquqşünasın köməyindən mütləq istifadə edin. Hüquqi yardıma görə çəkəcəyiniz xərc təkbaşına mübarizə zamanı çəkəcəyiniz xərcdən az olacaqdır. Həm də əsəbləriniz qorumuş olacaqsınız.Hörmətlə. Marked as spam
|