♥ 0 |
1978-ci ildən 4 illik hərbi hazırlıq kursunun sonucu olaraq leytenant hərbi rütbəsi almışam.1986-cı ildə bir neçə aylıq hərbi toplanışlardan sonra baş leytenant rütbəsi verilib.1991-ci ildən 1993-cü ilə-kontuziya alıb ehtiyata buraxılana kimi güzəştlə xidmətim 4 il,16 gün təşkil edib.Son xidmət yerim olan DİN DQ yalnız bu xidmətimi xidmət ilinə əlavə edib.NK-nın 23.11.1993 tarixli qərarı ilə mənə nə işdən çıxarma pulu,nə geyim kompensasiyası,nə sığorta ödənişi ,nə sanatoriya yollayışı verilib,nə də xidmət ilimə 01.01.1992-ci il tarixinə kimi olan xidmətim əlavə olunub.DİN DQ-nin,SQ-nin ehtiyatında ola-ola AMEA-da iş müddətim də NK-nın qərarına uyğun olaraq güzəştlə xidmətə əlavə olunmalıdırmı?Sizə sorğum belədir:1974-78 -ci illərdəki hərbi hazırlıq kursundakı müddət;hərbi toplanışlardakı müddət,AMEA-dakı müddət xidmət ilimə əlavə olunmalıdırmı?Ağdərədə döyüşlər zamanı mən şifahi tabur komandiri elan edilmişəm,ancaq şəxsi işimə yazılmayıb.Rütbəm də qanun-qayda ilə artmalı olsa da ,bu da edilməyib.Bunlara da aydınlıq gətirilməsini,ehtiyatda olma müddətində rütbəmin artmamsını və tabur komandiri olmağımın bərpasını indi müəyyən edə bilrəmmi hüquq fakt kimi? Hörmətlə,AMEA üzrə yeganə Qarabağ əlili,elmi işçi Məğrub Bədəlli Ağamalı oğlu Marked as spam
|
Hərbi xidmət illərilə bağlı
« Əvvəlki səhifəyə geri dön