Hərrac problemi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Qurban müəllim bankla bağlı broblemim yaranıb, yeniden yardımınıza ehtiyacım var. Xahiş edirəm kömək edin. Problem ondan ibarətdir ki, atam 2005-ci ildə “Bank of Azərbaycan”dan (hal-hazırda həmin bank ləğv olub) sahibi olduğu kooperativin fəaliyyəti üçün kredit alıb. Kreditin təmini kimi 1-ci ipoteka predmeti olaraq sahibi olduğu koperativin torpaq sahəsini, 2-ci ipoteka predmeti olaraq yaşadıgımız evi girov qoyub. 2008-ci ildə krediti ödəyə bilmədiyi üçün bank məhkəməyə müraciət edib. Bankın iddiası təmin olunub və iş icraya yönəlib. İpotekalara həbs qoyulub və 2009-cu ildə hərraca çıxarılıb. Bildiyimə görə 1-ci hərracda satılmayıb. İpotekanın ilkin qiyməti 25% endirilərək ikinci dəfə hərrac keçirilib və yenə satılmayıb. Bundan sonra qaydalara uyğun olaraq rəsmi şəkildə banka təklif olunub ki, bank özü ipotekaya sahiblənsin. Və məktubda sonda qeyd olunub ki, təkliflə razılaşmasanız ipotekadan imtina olunacaq və ya cavabsız qalsanız səssizliyiniz razılıq kimi qəbul olunacaq. Qurban müəllim, atam 2015-ci ildə vəfat edib. 2009-cu ildən bu günə kimi beləcə səssizlik davam edib. Lakin bu gün mobil nömrəmə bir şəxs zəng edərək, 2005-ci ildə atamın sahib olduğu kooperativ tərəfindən götürülmüş kreditlə, məhkəmə qərarı və hərracla bağlı mənimlə görüşmək istədiyini bildirdi. Bilmək istəyirəm ki, belə bir halda qaydalar nə deyir, qanunla necə tənzimlənir, mən nə etməliyəm? Ehtiyac varsa məhkəmə qərarını, hərracla bağlı sənədlərin surətini elektron unvanınıza göndərə bilərəm. Xahiş edirəm kömək edin. Minnətdaram

Marked as spam
Mirmehman Miriyev tərəfindən göndərilmişdir
19 May 2017 14:26 dəqiqədə yazılıb.
148 baxış
« Əvvəlki səhifəyə geri dön