♥ 0 |
Salam, hər vaxtınız xeyir. Bir məsələ ilə bağlı sizi narahat edirəm. Bankdan kredit götürmüşəm, məlum problemlər üzündən ödəyə bilmirəm. Bank 2015-ci ildə məni və zaminlərimi məhkəməyə verərək iddiasının təmin olunmasına nail oldu. Mən məhkəmə günü məhkəməyə getdim amma dəhlizdə hakim köməkçisi məhkəmənin təxirə salındığını mənə deyərək məhkəmə binasından uzaqlaşmaqıma səbəb oldu. Sonradan poçt vasitəsi ilə məhkəmədən qətnamə gəldi. Qətnamədə mənə və zaminlərimə xəbərdarlıq olunmasına baxmayaraq məhkəmədə iştirak etməməyimiz və iştirak etməməyimizin səbəbini bildirməməyimiz qeyd olunub. Halbuki dediyim kimi mən məhkəmə günündə məhkəmə zalının qarşısında olmuşam. Xülasə, qətnamədən sonra apelyasiya şikayəti verə bilmədim. Bildiyimə görə artıq müddət keçdiyinə görə daha apelyasiya verə bilmərəm. Bilmək istəyirəm ki, banka qarşı hansı formada məhkəməyə müraciət edə bilərəm? Məhkəməyə Müraciət etmək istəməyimə bir neçə səbəb var. 1) Müqaviləyə əsasən bank məni ödəniş etmədiyim halda 30 gun sonra məhkəməyə verə bilərdi, amma 8-9 ay sonra verdi və bu da əlavə cərimələrə səbəb olub. 2) Mən aldadılaraq dollar krediti götürməyə razı salınmışam. Kredit götürəndən qısa zaman sonra (7 ay sonra) dolların qalxması mənim aldadılaraq dollar krediti götürməyimə şübhəmi artırır. Yəni düşünürəm ki, dolların qalxacağı ilə bağlı bankda əvvəlcədən məlumat olub və mən manat krediti üçün müraciət etməyimə baxmayaraq dollar krediti götürməyimə razı salınmışam.( Ədalət naminə Qeyd edim ki, əgər məlum problemlər yaranmasaydı aldanmagım heç umurumda olmazdı, yəni bu haqda heç düşünməyimə bir səbəb olmazdı). Təşəkkür edirəm Marked as spam
|
İddia qaldırmaq
« Əvvəlki səhifəyə geri dön