Ikili vetendashliq

« Əvvəlki səhifəyə geri dön
0
0

SALAM QURBAN BEY. EVVELCEDEN TESHEKKUR EDIREM.UZURLU SAYIN ORFOQRAFIK SEHVLERE GORE. HANSI HALLARDA IKILI VETENDASHLIGI ELDE ETMEK OLAR. SHEXSIN ADINA TORPAQ .BANKDA KREDIT. AZERBAYCAN erazisinde.VE YA DOVLET EHEMIYYETLI LAYIHELERDE ISHTIRAK ETMISH OLSUN Olkemiz ucun lazimli kadr .Mumkunse istisnalar varsa o haqda genish melumat verin. 

Tam cavablandırıldı.
Marked as spam
Isa Aliev tərəfindən göndərilmişdir
18 Aprel 2017 11:44 dəqiqədə yazılıb.
132 baxış
0
Məxfi cavab

Salam, İsa bəy.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun  10-cu maddəsinə (Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması) əsasən, “Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” 

Azərbaycan ikili vətəndaşlığı qəbul etmir.

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən isə, ” Prezident: bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.” Yəni, Ptrezident kimi istəsə, Azərbaycan vətəndaşlığına qəbul edə bilər.

Hörmətlə.

 

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
18 Aprel 2017 21:26 radələrində cavablandırılıb