♥ 0 |
Məhkəmə 05.02.2018-ci il tarixdə vəzifəmə bərpa olunmağım barəsində qərar qəbul edib. Qərarı Cavabdeh-Təhsil Nazirliyi 20.02.2018-ci il tarixdə almış. Qərarda kasasiya şikayətini aldıqları gündən 1 ay müddətinə verilməsi göstərilmişdi. Məhkəmə kasasiya şikayətinin müddəti bitdiyindən, yəni 1 ay 15 gündən sonra qərarın könüllü icra olunması barəsində 05.04.2018-ci ildə məktub göndərmiş. Bu məktubu da TN-yi 12.04.2018-ci il tarixdə almış və gec də olsa Təhsil Naziri C.Bayramov 22.05.2018-ci il tarixli F 372 əmrlə məni vəzifəmə bərpa etmiş. Əmrin icra olunması barəsində də TN-nin hüquq şöbəsinin müdiri məhkəməyə bildiriş məktubu göndərmiş. Nazirin 22.05.2018-ci il tarixli F 372 saylı əmri ilə Təhsil şöbəsi məni 08.06.2018-ci il tarixdə kollektivə tanıtmış, 3 gündən sonra isə vəzifəmdən_direktor vəzifəsindən məni kənarlaşdırmışlar. Və bildirmişlər ki, kasasiya şikayəti verəcəyik. Yuxarıda sadaladıqlarım ardıcıllıqdan sonra kasasiya şikayəti verilməsi hüquqi normaya uyğundurmu? Qanun buna yol verirmi? Ali Məhkəmə belə bir kasasiya şikayətini icraata götürə bilərmi? Marked as spam
|
Inzibati iş. Kasasiya şikayətin verilməsi və icraata götürülməsi haqqında
« Əvvəlki səhifəyə geri dön