♥ 0 |
Salam. Çox xahiş edirəm mənə kömək edin. mən xaricdə təhsil almışam, imtahan verərək diplomu təsdiq etdirmişəm. Nazir Ceyhun Bayramov mənə 2 şəhadətnamə verib. biri xarici ali təhsil sənədinin təsdiqi haqqında, biri isə əmək bazarına çıxış haqqında. hal hazirda da qiyabi formada magistratura pilləsində təhsil alıram. məşğulluq mərkəzinə dəfələrlə müraciət etmişəm mənə münasib iş vermirlər. mənə deyirlər ged poçtda çeşidləyici işlə 170 manat əməkhaqqıya. (ayda). mənim yaşadığım yaşayış məntəqəsindən həmin poçt idarəsinə gedib gəlmək üçün bir ayda MİNİMUM 200 manat nəqliyyat xərci lazımdır – yəni yol pulu. təkcə 200 manat yol pulu laımdır. belə çıxır ki, mən 170 manat verilən maaşın üzəriinə 30 manat da özümdən qoymalıyam ki təkcə ondan ötrü ki, iş yerinə gedib gələ biləm hər gün. məşğulluq haqqımda qanunun səhv etmirəmsə 5-ci maddəsində MÜNASİB İŞin nə olduğunu aydınlaşdırır. Məşğulluq mərkəzi vətəndaşa münasib iş təklif etməlidi. mən belə başa düşürəm. Sizcə ölkənin ali təhsilli gənci və gələcək alimi üçün poçt filialında 170 manat əməkhaqqıya məktub çeşidləmək işi ədalətlidirmi? bunula bərabər dövlət qulluğu haqqında qanuna əlavə də edildi ki xaricdə təhsil alanlar vəzifəyə müsabiqədən kənar qəbul olunsunlar. düzdür məndə xaricdə təhsil almışam və bu gündə alıram. indi bilmirəm nə dərəcədə mənə də aiddir bu əlavə. Sual: 1). Mən doğru fikirləşirəmmi? Çox sağ olun! Əvvəlcədən minnətdarlığımı bildirirəm! Marked as spam
|
İnzibati orqanın hərəkətləri barədə
« Əvvəlki səhifəyə geri dön