“Kabel TV” – mənzildə bir neçə cihazda işlədilməsi barədə

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam sualimi  verim vaxtiniz olsa cavab veresiz olmasa da basha dushurem.

Demeli, Men evde Kabel telviyasina qoshulmusham. 4 il bundan qabaq gelib kabeli cekibler, sonra bir-iki il sonra bashqa televizor almishiq, men de gedib ozum mueyyen avadanliq alib bu evimize daxilin olan kabelden bu avdanliqla, o biri televizora da xett cekmishem.

Bu gun de “Kabel TV” ile bagli onlara zeng vurmushdum, bunu menden sorushanda, men de nece var, ele de dedim.

Dediler ki, sizi cermeleyecik! – bilmek isteyirem, bunlara huqquqlari catirmı?

Çox sağ olun.

Marked as spam
Nicat tərəfindən göndərilmişdir
16 Yanvar 2016 08:58 dəqiqədə yazılıb.
437 baxış
0
Məxfi cavab

Suala görə, sağ olun, Nicat bəy! Bu məsələ çoxlarını narahat etdiyi üçün, Siz ictimai bir movzu qaldırmış oldunuz. Təşəkkürlər!

1. İlk olaraq, Kabel TV ilə bağladığınız müqaviləni diqqətlə oxuyun. Orada ürəyinizcə olmayan (mütləq var) şərtlərin dəyişdirilməsi üçün əvvəl Kabel TV-yə, lazım gələcəksə, ardınca da məhkəməyə müraciət edin.

2. Aylıq haqqını ödəyib mənzilinizə daxil etdiyiniz TV xətti Sizin mülkiyyətiniz hesab edilir və ondan necə istifadə etmək Sizin şəxsi işinizdir. Kabel TV buna qarışa bilməz.

3. Bu tip müqavilələrin bir özəlliyi var. Bunu nəzərə almağınız vacibdir. TV xətti mənzilə çəkilir və deməli, o mənzildə yaşayanların hamısının həmin xəttdən istifadə hüququ yaranır. Mənzil daxilində xətti ayrı-ayrı otaqlara paylamağınızda müqavilə pozuntusu yoxdur, lakin başqa mənzillərə bu xətti ötürməyiniz (əgər bu belədirsə), müqavilə şərtlərinin pozulmasıdır və Kabel TV-nin biznes maraqalrına toxunduğu üçün Sizə qarşı iddia qalıdrmaqda haqlı olacaqdır.

4.Bu qeyd etdiklərim çərçivəsində Sizin hüquqlarınızı məhkəmələrdə əvəzsiz olaraq təmsil etməyə hazıram, bizə güvənə bilərsiniz.

Uğurlar Sizə. Hörmətlə.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
16 Yanvar 2016 10:44 radələrində cavablandırılıb
Cox sagolun Qurban bey,nezerinize catdirim ki bir menzilde di yeni bir otaqdan o biri otaqa cekmishem ,Indi meni cermelemek isteyirler baxim axri nece olur sizi de melumatlandiracam bir daha vaxt ayrdiqiniz ucun teshekur edirem.
(Nicat at 16 Yanvar 2016 14:05)
« Əvvəlki səhifəyə geri dön