kredit borcunun qaytarılma müddəti

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Men 07.12.2017-ci ildə bankdan kredit götürmüşəm. Hələki ödənişləri edə bilmədiyim üçün bank mehkemeye verib. Bilmək isterdim ne qeder müddet sonra bank müşterini mehkemeye vere biler. çünki hele 4 ay bitmiyib aldığım artıq 18 aprel 2018 ci ilde mehkemeye verilmişem. sağolun

Tam cavablandırıldı.
Marked as spam
Ruslan Süleymanov tərəfindən göndərilmişdir
26 Aprel 2018 14:36 dəqiqədə yazılıb.
143 baxış
0
Məxfi cavab

Salam, Ruslan bəy.

1. Bankın nə vaxt məhkəməyə müraciət edə bilməsi üçün müqavilənizdə bənd var, müqaviləyə diqqətlə baxın.

2. Qanuna görə, tərəflədən biri-tələbkar, kreditor görsə ki, borclu öz öhdəliklərini gələcəkdə də icra edə bilməyəcək, müqavilədə nəzərdə tutulduğu vaxtdan əvvəl də müqavilənin xitamını tələb edə, verdiyini geri ala bilər.

Mülki Məcəllənin 447.4-cü maddəsinə əsasən, “müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər.”

Hörmətlə.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
28 Aprel 2018 14:52 radələrində cavablandırılıb