♥ 0 |
Mən 2.12.2013-cü il tarixdə qardaşımla UNİBank KB ASC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən mənə məxsus yaşayış evini girov qoymuşam. Həmin müqavilənin 1.2 maddəsinə əsasən bank borc alana 1 000 000 AZN məbləğində 60 ay müddətində 02.12.2018-ci il tarixinədək əlavə kredit müqaviləsi bağlamaqla kredit verə bilər. Bank 22.10.2014-cü il tarixdə həmin maddəyə və verilən məbləğin həmin çərçivədə olmasına istinad edərək AZN ilə deyil ABŞ dolları ilə əlavə kredit müqaviləsi bağlayaraq borc vermişdir. Həmin əlavə kredit müqaviləsindən mənim xəbərim olmamışdır. Mən əlavə kredit müqaviləsinin dollarla, ipoteka müqaviləsindəki ohdəçiliyin isə manatla olduğunu səbəb göstərərək əlavə kredit müqaviləsindəki öhdəliklərin ipoteka müqaviləsindəki daşınmaz əmlaka şamil edilməsindən imtina edə bilərəmmi? Bilərəmsə hansı hüquqi sənədlərə görə? Cavablandırdığınız üçün öncədən təşəkkür edirəm. Məmmədov Hikmət Musa oğlu Marked as spam
|
Kredit müqaviləsi mübahisəsi
« Əvvəlki səhifəyə geri dön