Kredit müqaviləsinin müddəasının qanuna zidd olub-olmaması haqqında

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam, Qurban müəllim.

Sizə belə bir sualım var: Kredit müqaviləsinin bir bəndində belə bir müddəa qeyd edilib: “Borcalan kreditin verildiyi valyutanın Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan rəsmi məzənnəsinin bu müqavilənin imzalandığı günlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişməsilə bağlı məsuiyyəti öz üzərinə qəbul edir və bununla bağlı kreditora qarşı gələcəkdə heç bir iddia irəli sürmədən müqavilə öhdəliklərini yerinə yetirir”.

Belə bir hüquq məhdudlaşdırıcı müddəanın müqavilədə olması nə dərəcədə qanunauyğundur?

Konkret olaraq bu müddəanın qanuni olub-olmaması barədə mənə nə məsləhət verə bilərsiniz?

 

Əvvəlcədən təşəkkür edirəm.

Marked as spam
cemil.shirvanov tərəfindən göndərilmişdir
03 Fevral 2016 02:29 dəqiqədə yazılıb.
538 baxış
« Əvvəlki səhifəyə geri dön