“Kapital Bank” – Kredit borcunu ödəyə bilmirəm!

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam,

Mən “Kapital Bank”dan 4000 AZN kredit götürmüşəm. Digər bankdan dollarla götürdüyüm krediti, məlum devalvasiyadan sonra ödəməkdə çətinlik çəkirəm. “Kapital Bank”a ayda 178 AZN krediti də ödəyə bilmirəm. Bunun əsas səbəbi xroniki təzyiq xəstəliyim, gəlirimin kəskin azalması və sairdir.

Mən həm də, əmək pensiyaçısıyam, müəlliməm, aylıq maaşım cəmi 74 AZN-dır. Xahiş edirəm, deyə bilərsinizmi, mən “Kapital Bank”a olan kredit borcumu ödəməyib, məhkəmə qaydası ilə məsələni həll etmək istəsəm, məhkəmə və icra polisi mənim kredit borcumu maaşımdan (78 manat) əlavə pensiyama (186 manat) yönəldə bilərmi?

Əvvəlcədən cavaba görə minnətdarlığımı bildirirəm.

Marked as spam
KAMRAN tərəfindən göndərilmişdir
10 Yanvar 2016 20:36 dəqiqədə yazılıb.
7572 baxış
« Əvvəlki səhifəyə geri dön