♥ 0 |
Salam, hörmətli Qurban müəllim! Mən bir gün əvvəl sizə dollar krediti ilə olan avtomobilin həbs olunub olunmaması ilə baglı sual ünvanlamışdım. Yazdıgınız cavaba və diqqətinizə görə sizə təşşəkkür edirik! Yenə də sualım o mövzudadı… Qurban müəllim, mənim bacım rayondan 60 km aralı, ucqar kəndlərin birində müəllimə işləyir. Hər gün onu həmin avtomobil ilə məktəbə aparıb – gətirirəm. Əsas da, bu problemə görə avtomobili almışdım, həm də taksi fəaliyyəti ilə bağlı lisenziyam var. Mən sizin verdiyiniz məsləhətə əsaslanıb məhkəmədə qaldırdığım idda ərizəsindən əlavə ərizə yazdım, bunları qeyd etdim.. Həmçinin, bacımın iş yerindən arayışı və lisenziya sürətini üstünə əlavə etdim. Hörmətli Qurban müellim! Yuxarida qeyd etdiyim bütün proseslərdə hər hansı bir yanlışlıq varmı? Bu vəziyyətdə məhkəmə avtomobilə həbs qoya bilərmi? Marked as spam
|
Kreditdə olan avtomobilə həbs qoyula bilərmi?
« Əvvəlki səhifəyə geri dön