Kreditlə aldığım maşını bank məndən ala bilərmi? (“Rabitə Bank”)

« Əvvəlki səhifəyə geri dön
0
0

Men Rabite Bankin Sumqayit filialindan avtomobil üçün kredit goturmuwem, 19/02/2015-de.

Azerbaycan manatina cevirende 543 manat eden (692.93 dollar) – məbləği ödəməyə təminatım var idi.

İmkanim da catirdi, fevralda mezenne qalxdi, ne qeder etdimse, ne faizi salmadilar, ne də hec bir guzewt olmadi!

Ödeniwi dollarla ayda 700$ ödedim ki, guya yene geden borcdan getsin, AZN-le 738 manat, planlawdirdiqim reqemden artiq.

Bu meni qismən borca salirdi, indi ise hele en azindan 1,72 qepikdi mezenne, o da edir 1204 dollar.

Menim ayliq gelirim, uzaq başı hal-hazirda 650 manatdi, subayam, fikirleşdim kredite girib alaram, hem de atam 2014-cu il iyul ayindan avtoqeza kecirib, hekimler son iki ilde, sabah 5-ci emeliyyatinı edeceklər, her deqiqemiz puldu, iyne-derman da.

Maşini da ona gore deyişdim ki, alcaq maşinda ona qoşulmuş aparatla otura bilmir.

İndi bank mene deyirki 1 il vaxti uzadiriq, o vaxta faiz hesablamiriq. Nə ferqi var, 16% qoyduqlari faizi silmirler, pulu manata cevirmirler, dollarin da mezennesi ne olacaq bilmirem?!

Cox xahiş edirem, mene imkan daxilinde komek ola bilecek yolu gosterin.

Girovda aldiqim mawin olduqundan, odeye bilmesem, elimden alina biler.

Hansi şertlerle alina bilmez? – ve ya men ne ede bilerem?

Valideynlerim aqir xestedi, bu borcdan da xeberleri yoxdu, evde və çöldə “lunatik” kimi gezirem

Heyati boyu da mesuliyyetli, vicdanli biriyem.

Ne kime ise ziyan vurmamişam, ne de pisliyim kecmeyib, 11.382 manatin dollarla kreditine girmişem, hemin o manatla olan qeder borcumu odemeye raziyam, faizine de, artiqina yox!

İnanin 3 ildi ozum onkologiyada mualice aliram, daha catdira bilmirem. Əseb, stress butun orqanlarimi bir – bir siradan cixarib, baqişlayin vaxtinizi aldim amma meslehetinize cox ehtiyacim var!

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
15 Yanvar 2016 01:50 dəqiqədə yazılıb.
900 baxış
0
Məxfi cavab

Salam, Fira xanım! Xəstələrinizə ALLAH(c.c)dan şəfa, Sizə səbr diləyirəm.

1. Yaxınlarınızın xəstəliyi, ailə vəziyyətiniz, maddi durumunuzun, "fors-major" halları istisna olunmaqla, pisləşməsi kredit münasibətlərində heç bir rol oynamır.

2. Borc istənilən halda qaytarılmalıdır. Hətta ALLAH(c.c) belə, qul haqqını bağışlamır.

3. Sizin də problem minlərlə həmvətənimizin problemi kimidir. İkinci devalvasiyadan sonra Siz də ödəmə qabiliyyətində deyilsiniz. Bunun günahı isə Sizdə yox, bir gecədə manatın 50 faizdən çox ucuzlaşması barədə qərar qəbul edən dövlət orqanlarındadır ki, MM-nin 556, 557-ci maddələrinə əsasən, Sizi öz öhdəliklərinizi icra etməkdən məhrum edib.

4. Şəxsən onkoloji xəstə olmağınız isə nəzərə alınmalıdır. MM-nin 556.1-ci maddəsinə əsasən, "İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz." Siz bu maddənin verdiyi imkanlardan yararlana bilərsiniz.

5. Siz də eyni vəziyyətdə olan başqa vətəndaşlarımız kimi, saytın birinci sualında olan qaydada hərəkət edin.

6. Çətinliyiniz olsa, etibar etdiyiniz bir hüquqşünasın köməyindən istifadə edin.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
15 Yanvar 2016 01:59 radələrində cavablandırılıb
« Əvvəlki səhifəyə geri dön