♥ 0 |
Salam Qurban müəllim, axşamınız xeyirli olsun.size sualım kredit ile bağlıdır..Men kredit qalmaqalının qurbanina çevrilmişem..Keçən ilin bu vaxti yaxin bir tanişim üçün öz adima bankdan pul götürmüşəm.jəmin adam pulun bir qismini ödəmiş, qalan hissəsini isə ödəyə bilməmişdir.müəyyən müddət sonra qalan pul üçün bank məni məhkəməyə vermişdir..mən özüm dövlət işimdə çalışıram. aylıq gəlirim 440 manatdır. bankin aylıq kredit miqdarı isə 213 manat təşkil edir…məhkəmə indi qətnamə çıxartmışdır.Qətnamədə pulun qalan hissəsi 3200 manat məcburi olaraq məndən tutulması tələb olunur.sualımın əsas məğzi budur ki, icraçı bu pulu mənim maaşımdam məcburi surətdə tuta bilərmi,yaxud da 50% midarında tuta bilərmi? əgər belədirsə , ölkə üzrə minimum yaşayış səbəti 146 manat təşkil edir və öhdəmdə həyat yoldaşım və bir azyaşlı övladım vardlr..Mənim başa düdüyüm qədər 146 manat 3-ə vurulduqda 438 manat pul edir..bəs həqiqi qanun nəyi deyir? qanuna görə bu pulu mən necə ödəməliyəm? Xatirladım ki,mən bu pulu ödəməkdən imtina etmirəm,başa düşürəm ki, bu pul ödənilməlidir və ödəmək də istəyirəm..amma mənim məvacibimdən aldığım 440 manat pulun tam yarısı tutula bilərmi? əgər belədirsə bu hansı qanunla və ya necə tənzimlənir? zəhmət olmasa sualıma cavab verərdiniz…oxuduğunuza və cavab yazacağınıza görə əvvəlcədən təşəkkürlərimi bildirirəm…Nicat Q. Marked as spam
|
Məcburi məhkəmə qətnaməsi zamanı pul məvacibdən necə tutulur?
« Əvvəlki səhifəyə geri dön