♥ 0 |
Mən əvvəllər işçisi olduğum bankdan 2014-cü ilin yanvarında 36 ay müddətinə 8000m istehlak krediti götürdüm(800m MMC-də maaş alırdım). 800m – lıq kredit kartı da verdilər. 12 ay ərzində banka kredit kartının faizi də daxil olmaqla 2480m məbləğində əsas məbləğdən əlavə faiz ödədim. Digər bankda 2 yaxın adamın adına götürdüyüm kreditləri bağlamaq və aylıq ödənişimi azaldaraq 1 banka rahat ödəmək üçün üçün yenidən həmin banka müraciət etdim və 406AZN olmaqla 36 ay müddətinə 10000AZN kredit götürdum. Məlum fevral devalvasiyası nəticəsində – kredit götürdüyümdən 1 ay sonra işlədiyim MMC bağlandı və mən və zaminim(1000m maaş alırdı, hazırda 124m asma olduğuna görə daimi təqaüd alır) işsiz qaldıq. Bankdan da bilirlər ki, götürdüyüm kreditlər hamısı digər kreditlərin bağlanılmasına sərf olunub. Mərkəzi bank reystrində adımın problemli müştəri kimi görsənməməsivə bank karyeram zədələnməməsi üçün 6 ay müddətində hər ay borc alaraq(daima iş yeni axtarışında idim) banka ayda 406m ödəniş edərək əsas məbləğdən əlavə1303m məbləğində faiz ödəmişəm. İyulun əvvəlində banka mənə aylıq ödəniş 50m olması şərti ilə 6 ay güzəşt periodu verilməsini gərəkləndirən sənədləri(əmək kitabçamı və rayon məşğulluq mərkəzindən verilən arayışı) təqdim edəndə onların surəti alınaraq, mənə istehlak kreditində heç bir güzəşt periodu olmadığı deyildi. İyul ayının sonunda yenidən banka gedərək filial müdiri ilə görüşdüm, vəziyyətimi izah etdim, adımın gecikməyə düşməməsi üçün ondan güzəşt müddəti məsələsində köməklik göstərməsini xahiş etdim. O mənə avqust ayının ödənişini də borc aldığım pulla ödəməyi tövsiyyə etdi və mərkəzi ofisdəki bu işlə məşğul olan xanımın məzuniyyətdə olduğunu deyərək tezliklə mənə güzəşt olunacağını bildirdi. Avqust ayının sonunda banka zənglərimdən sonra məni filiala dəvət etdilər və kredit müqaviləsinin yenilənməsi şərti ilə 6 aylıq hər ay 200m ödəniş olacağı güzəşt müddətini verəcəkləri və 30 ay isə hazırki ödənişimdən – 406m – dan çox olacaq kredit veriləcəyini dedilər. Yenidən daha bir 36 ay müddətinə faizlərlə yüklənməməyim üçün aylıq gəliri “0” olan və maliyyə imkanları tükənən normal düşüncəli bir adam kimi mən bununla razılaşmadım və yenidən aylıq əmək haqqı ən azı ödəniş qədər olacaq iş axtarmağa davam etdim, hətta ehtiyyatda olan zabit olduğumdan Müdafiyə Nazirliyinə məktub yazdım və rəsmi “yox” cavabı aldım. Bu səbəbdən artıq gecikmə faizləri ilə yüklənməməyim üçün məhkəməyə verilməyimi tələb etdim və nəticədə ” məhkəməyə hələ göndərə bilmərik, ancaq 3 aydan sonra” cavabını aldım. Artıq 6-cı aydır ödənişim gecikmədədir və mənə məlum olmayan səbəbdən məhkəməyə verilmirəm. Bu isə mənim gələcəkdə 8867,92AZN real qalıq borcumdan əlavə artıq faizlərlə ədalətsiz olaraq yüklənməyim deməkdir. Axı mən son 18 ay ərzində banka 280AZN bank xərcindən əlavə 3783AZN də faiz ödəmişəm. Artıq 6 aydır ödəniş edə bilmirəm və məhkəməyə verilmirəm. Bu da məndə psixoloji gərginliklər yaradır. İş də ölkədə məlum vəziyyətə görə təbii ki, yoxdur. 10 aydır qeydiyyatda olduğum rayon Məşğulluq mərkəzindən çox “get-gəldən” və baş idarələrinə şikayətdən sonra gələn aydan iş tapana qədər ayda 128m işsizlik müavinəti alacam. Mən 6 aylıq gecikmə faizi hesablanmasının silinməsinə və ancaq əsas qalıq məbləğinin zaminimin(hazırda o da işləmir) təqaüdünün yarısı qədər aylıq ödəniş təyin olunması üçün məhkəməyə verilməyimi necə tələb ede bilərəm? Marked as spam
|
Məhkəmənin tezliklə olunmasını bankdan necə tələb edə bilərəm?
« Əvvəlki səhifəyə geri dön