Məhkəmənin xususi qərardadi

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam hormətli Qurban bəy.
Mulku Prosesual Məcəllənin 265.4 -cu bəndində deyilir Məhkəmə işə baxarkən , tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara cixararsa, o, bu barədə xususi qərardad cixarmaqla prokurora xəbər verir.. Bizim mulku iş uzrə iddiamiz Gəncə İnzibati İqtisad məhkəməsində rədd edilib Biz Apelliyasiya məhkəməsinə şikayət vermişik, İşə 26 fevral tarixində baxilacaq.
Bizim evə və torpaga aid sənədlərimiz olmagina baxmayaraq Gəncə şəhər Memarliq və şəhərsalma idarəsi Bizə Rəqəmsal Kadastr Xəritəsindən Cixariş verdikdən 1 ay sonra Başqa şəxsədə bizim torpaga dair eyni yerə Rəqəmsal Kadastr xəritəsindən Cixariş verib, DƏDRX-in 3 sayli ərazi idarəsi həmin şəxsə həmin sənəd əsasinda Cixariş və Texpasport verib.
İşə baxilana kimi biz Məhkəməyə yazili surətdə rəsmi qaydada Vəsadət verə bilərikmi ki, Memarliq və Şəhərsalma idarəsi saxta sənəd verərək cinayət əməli torədib xahiş edirik ki, MPM-in 265 -ci maddəsinin 4-cu bəndinə əsasən xususi qərardad cixart və prokurora xəbər ver.
Hormətli Qurban bəy xahiş edirik bu barədə bizi məlumatlandirin və ya bu necə olmalidir .
Əvvəlcədən təşəkkurlər.

Marked as spam
Elshad Qafarov tərəfindən göndərilmişdir
25 Yanvar 2018 20:22 dəqiqədə yazılıb.
654 baxış
« Əvvəlki səhifəyə geri dön