Mərhum ərinin yüksək pensiyasının arvadına verilməsi

« Əvvəlki səhifəyə geri dön
0
0

Səlam aleykum, Qurban bəy.

Atam 2000-ci ildə rəhmətə gedib. Sağlığında anamdan ikiqat artıq pensiya alırdı. İndi öyrənmişəm ki, ölən adamın pensiyası yüksək olubsa o pensiyanı sağ qalan və aşağı pensiya alan həyat yoldaşına vermək olurmuş. Sualım budur ki, 21 ildən sonra bunu etmək mümkündürmü? Qeyd edim ki, Allaha şükür anam sağdır.

Əvvəlcədən təşəkkür edirəm.

Tam cavablandırıldı.
Marked as spam
Millet Oğlu tərəfindən göndərilmişdir
27 May 2021 15:50 dəqiqədə yazılıb.
29 baxış
0
Məxfi cavab

 

Salam. Sualınıza görə təşəkkürlrə.

Youtube üzərindən yayılan AzerFreedom TV-yə daha çox vaxt sərf etdiyim üçün cavabı gecikdirdiyimə görə üzr istəyirəm. 2017-ci ilin aprel-iyul aylarında Tərtərdə Ordumuza qarşı törədilmiş vəhşi işgəncə və qətillərin araşdırılması daha çox vaxt və enerji tələb edir. Ümid edirəm ki, siz və yaxınlarınız da bu prosesləri azerFreedom TV-də izləyirsiniz.

1. Sualınıza gəldikdə isə, bəli, ər və arvad bir-birinin pensiyasını seçmək hüququna malikdirlər. Çünki onlar bir-birinin himayəsində  sayılırlar.

“Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən, ana özünün aldığı pensiyanı “ailə başçısını itirməyə görə əmək pensiyası” ilə əvəz edə bilər və ya atanın aldığı pensiyanı Bu onun hüququdur.

2. Pensiya müraciət edildiyi vaxtdan asılı olmayaraq bütün müddət üçün verilməlidir. Aşağıda göstərdiyim qaydada müraciət edin.

3. Problem yaşasaz, mütləq etibar etdiyiniz bir vəkilin xidmətindən istifadə edin.

 https://www.e-gov.az

 “Elektron Hökumət Portalı”na daxil olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından “Pensiya təyinatının və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır.

Bu xidmət vasitəsilə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması və pensiya növünün dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu orqanına qanunvericiliklə müəyyən edilmiş sənədlərlə birlikdə elektron müraciət edə bilərsiz.

Uğurlar. Hörmətlə.

 

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
30 May 2021 04:22 radələrində cavablandırılıb