Mirasın faktiki qəbulu

« Əvvəlki səhifəyə geri dön
0
0

Hörmətli Qurban müəllim!

Mən, 12.06.1967-ci ildə anadan olmuşam. Hazırda doğulduğum kənddə 20.09.1988-ci ildə vəfat etmiş nənəmdən miras qalmış (miras 30 sot həyətyanı torpaq sahəsindən ibarətdir) həyətyanı torpaq sahəsi üzərində tikdiyim evdə yaşayıram.
Mən 1985-ci ildən nənəmlə birgə yaşamışam. 1988-ci ildə nənəm mənim qolları üstə dünyasını dəyişib. 1992-ci ildə ailə qurub nənəmdən miras qalmış köhnə tikili evdə yaşamışıq. Həmin evdə 1993-cü ildə qızım, 1994-cü ildə isə oğlum dünyaya gəlmişdir.
1999-cu ildə həmin tikili tam yararsız hala düşdüyündən orada yaşamaq mümkün olmadı. Böyüklərin məsləhəti ilə ev söküldü və nənəmdən miras qalmış həmin torpaq sahəsinin digər hissəsində söküntünün qismən yararlı materiallarından da istifadə etməklə başqa bir ev tikdik və hazırda ailəmlə birlikdə həmin evdə yaşayırıq.
30 ildən artıqdır ki, nənə mirasını faktiki qəbul etmişəm, mirasın qorunub saxlanmasını həyata keçirmişəm, lakin indiyədək heç bir sənədləşmə aparmamışam. Mən faktiki qəbul etdiyim bu mirası necə sənədləşdirə bilərəm?
Ata nənəmin vəfatından 30 il keçib, ölüm faktının qeydiyyatı aparılmayıb. Atam da dünyasını dəyişib. Sağ qalmış 1-ci növbəli 3 vərəsə var. Həmin vərəsələrin 30 il ərzində bu mirasla heç bir əlaqəsi olmayıb. Bu mirası onlardan hər hansı biri iddia edib məndən ala bilərmi?

Hörmətlə, Emin

Marked as spam
Bahlul Eminli tərəfindən göndərilmişdir
10 Mart 2018 20:32 dəqiqədə yazılıb.
490 baxış
« Əvvəlki səhifəyə geri dön