Mübahisəli mənzillər

« Əvvəlki səhifəyə geri dön
0
0

Qurban müəllim bizim mənzil 2 şəxsə satılmışdı mənzili mənim  elimdən zor yolla almışdılar məhkəməyə müraciət etdim və iş icra edildi evi mənə qaytardılar. Borclu tərəfin müqaviləsi məndən sonradır, lakin hal-hazırda o idda edir ki, mənim mənzili aldığım adam səndən qabaq almışdır (mən mənzili binanın sahibi-MTK sədrindən almışam). Həmin o dediyi adamın dəqiq həmin mənzillə bağlı müqavilə və maliyyə arayışı yoxdur onu bina sahibi, həmçinin özü də demişdir mənə. Məhkəmə onları mənzildən çıxardıqdan sonra onlar MTK sədrindən pulunu tələb edirlər. MTK sədri mənə hədə qorxu gəlir və deyir ki, mənə kömək et onların pulun qaytaraq (elebil mənimlə şərikli yeyib pulu). Mənim o qədər pulum yoxdur onlara verməyə meni çox sıxırlar bilmirəm nə edim evi də tam təmir etmişəm ailəmlə orada yaşayıram başqa evimdə yoxdu getməyə aldığım 3 ildə heçkim məni narahat etməmişdi evlə bağlı. Mənim sualım budur ki, sədr borclu tərəfə bu il 6 il bundan əvvələ müqavilə verə bilərmi? əgər verərsə onlar məhkəməyə müraciət edəcəklər sənədin ili qabaq olduğu üçün, mən məhkəmədə bunu necə sübut edə bilərəm ki, bu sənəd 2016-da verilib?  Və yaxud sədr sənəd verməsə onlar məhkəməyə müraciət edib bu vəziyyətdə məni mənzildən çıxara bilərlərmi? Qeyd edim ki, mənzilin mənə məxsus olmasıyla bağlı Yasamal rayon məhkəməsinin qətnaməsi, qərardadı və Bakı apeliyasiya məhkəməsinin qərardadı vardır. Sizə çox təşəkkür edirəm.

Marked as spam
Nicat İmamverdiyev tərəfindən göndərilmişdir
04 Noyabr 2016 13:53 dəqiqədə yazılıb.
181 baxış
« Əvvəlki səhifəyə geri dön