Mülk haqqındadır

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam hər vaxtınız xeyr olsun.

İlk öncə bu sahədə bizə köməklik etdiyinizçün sizə və kollektivinizə dərin təşəkkürümü bildirirəm.

Demək,  mənim adım Turaldı, ümumiyyətlə mövzu ev haqqındadır, yəni atam anamla 2006 ildən rəsmi şəkildə boşanmışdır və başqasıyla evlənmişdir.

Bu illər ərzində 1 cə dəfə olsun oğul kimi məni yad etməmişdir yalnız ev davası mübahisəsindən başqa. Hətta, hərbi xidmətə getdiyim zaman belə hazırda 20 yaşım var.atam 2012 ci ildə bizdən həmişəki kimi evi satmağımzı və pulu yarı bölməyimizi istədi.

Qeyd edimki anamla mən hazırda qeydiyyatdayıq atamsa evin mülk sahibidi. Biz razı olmasaq da, məhkəməyə müraciət etmişdi. Xülasə, biz məhkəmədə iştirak etmədik və məsələni bir az yumşaltmaq üçün razılığa gəldik ki, evi baha qiymətə satıb pulunu yarı bölərik. Artıq 4 il olar ki,  ev satılmır.

Mən iki məsələni bilmək istirəm:

  1. Atam yenidən bizi məhkaməyə versə, qeydiyyatımızı ləğv etmək üçün, bunu bacararmı?
  2. Birdən dünyasını deyişsə,  o ev vərəsə kimi mənə qalar? – ya 2-si  yoldaşına – yoxsa anama?

Onu da qeyd edim ki, artıq o qadın, yəni 2 ci yoldaşı, evin prapiskasında yoxdu və həmçinin artıq 20 ildən çoxdur ki, anam o evdə yaşıyır.

11 ildir ki bütün kammunal xərcləri ödəyir.

BİR DAHA TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM

Marked as spam
Tural234 tərəfindən göndərilmişdir
11 Yanvar 2016 07:25 dəqiqədə yazılıb.
3189 baxış
0
Məxfi cavab

Hörmətli Tural bəy!
Əvvəla, valideynlərin öz aralarındakı münasibətdən asılı olmayaraq, övladlar onlara hörmət etməyə borcludurlar və onlara “uf da dedirtməməlidirlər”(Qurani Kərim). Ana və ata övladın iki qanadıdır. Onlar həm öz əməllərinə, həm bir birilərinə olan münasibətə, həm də Sizə qarşı etdikləri bütün pislik və yaxşılıqlara görə o dünyada mütləq hesab verəcəklər. Bizim qarşımızda hesabat vermək vəzifələri yoxdur valideynlərimizin. Bu bir dost, qardaş, bir əmi və ya ata nəsihəti idi. Qəbul etməyə də bilərsiniz.
Suallarınıza gəldikdə isə;
1. Ev valideynlərin birgə nikahı dövründə alınıbsa, atan və anan hər ikisi bərabər paya (50-50) malikdirlər. Məhkəmə vasitəsi ilə ev naturada bölünəsi olsa, Siz ana ilə qaldığınıza görə, məhkəmə anaya ataya nisbətən çox pay verə bilər.
2. Siz o evdə doğulmusunuzsa, “Uşaq hüquqları haqqında” Qanunun 20-ci maddəsinə əsasən, həmin mənzildə daimi istifadə hüququ əldə etmisiniz. İstənilən halda, bu hüququnuz nəzərə alınacaqdır.
3. Yox əgər, mənzil atanızın şəxsi mülkiyyətidirsə (nikaha qədər almışsa, atasından miras keçmişsə və s.) Anaya və Sizə kompensasiya ödəməklə məhkəmə yolu ilə mənzildən çıxara bilər. Bu onun hüququdur, ancaq məhkəmə onun bu iddiasını təmin etməyə də bilər.
4. Ata nə qədər istəsə də, sizin o mənzildən qeydiyyatınızı sildirə bilməz. Bundan öncə, o sizi məhkəmə yolu ilə həmin evdə yaşayış hüququndan məhrum etməlidir.
5. Miras bölgüsündə, vərəsəlik məsələlərində evdə qeydiyyatda olmağın heç bir rolu yoxdur. Mənzil ata və ananın birgə nikahı dövründə alınıbsa, ikinci qadın (rəsmi nikahdadırsa) mənzilin, ataya məxsus ikidə bir payın onun və uşaqalrın arasında bölünən bir hissəsinə sahib olacaqdır.
Misal: Evin ½ hissəsi Anaya çatacaq. Qalan ikidə biri isə ikinci qadın və atanın uşaqları arasında bərabər bölünəcəkdir. Sizə də oradan ikinci qadınla və başqa uşaqlarla birlikdə eyni bir pay düşəcəkdir.

Saytımızdan istifadə etdiyinizə görə təşəkkürlər! Bundan sonra da Sizə yardımçı olmaqdan şərəf duyarıq.
Uğurlar! Hörmətlə.

Marked as spam
Redaktor tərəfindən göndərilmişdir
11 Yanvar 2016 23:29 radələrində cavablandırılıb

Bir daha təşəkkürmü qəbul edin. Nəsihətinizi qəbul etdim Allah razı olsun . Arzu edirəm Allah məni nankor övlad eləməsin .Allah sizi hifz etsin

(Tural234 at 13 Yanvar 2016 11:07)
« Əvvəlki səhifəyə geri dön