♥ 0 |
Salam Qurban müəllim. Bu sıxıntılı vaxtlarda sizi narahat etdiyimiz üçün bir daha üzr istəyirik. Daha əvvəl sualımıza cavab verdiyinizdə demişdiniz ki etibar etdiyiniz bir hüquqşünasla məsləhət edin amma bizim etibar etdiyimiz təcrübəli bir hüquqşünas tapa bilmədik və yenə də sizə üz tutmalı olduq. Deməli, məsələ həmin məsələdir. Aqrar İslahat zamanı əmimə düşən kadastr sənədi ilə naturada uyğunsuzluq var. Yəni ki əmimin 47% torpaq sahəsi əmimin adı ilə başqa adamın fındıq bağına işlənib. Həmin 47% sahə Əzizxanov Tahirin mülkünə məxsus sahədir. Lakin kadastr sənədində isə sözü gedən sahə əmim İsmayılov Tahirin adına işlənib. DƏDRX-ə müraciət edəndə dedilər ki, iş məhkəməlikdir. Dedilər ki məhkəmə sənədi ləğv edib kəsir sahə bələdiyədən yaxud da əmimin zəbt etiyi sahə var lap əvvəldən 1 hektar. Həmin 1 hektarın 30%-i sənəddə görünür. Qalan sahə zəbt kimi gedir və bu sahədən tamamlanmalıdır dedilər. Biz nə etməliyik bu vəziyəttdə. Yəni hüuqui baxımdan nə kimi əsasları var? Bu dar zamnlarda və səhhətinizlə bağlı yaranmış problemlərə görə Allah sizə şəfalar versin. Tam cavablandırıldı.
Marked as spam
|
Torpağa dair sənədlə real vəziyyət arasında uyğunsuzluq barədə
« Əvvəlki səhifəyə geri dön