♥ 0 |
Salam Qurban bəy. Sizi yaşadığım bir problem üçün narahat edirəm. Məsləhətinizə ehtiyacım var. Mən, Quliyev Kamran Məzajir oğlu 2010-cu ildən Xalq Sığorta ASC-də kiçik mütəxəssis kimi əmək fəaliyyətinə başlamışam. İşlədiyim müddətdə daim irəliləmişəm. Bir dəfə də olsun nə yazılı nə də şifahi xəbərdarlıq almışam. Baş mütəxəssis vəzifəsinə qədər yüksəlmişəm. 2017-ci ilin fevral ayında şirkətin təhlükəsizlik idarəsinin rəisi məni otağına çağıraraq guyaki imza atdığım kasko şəhadətnaməsində hansısa problemin olduğunu dedi. İşə gəlməməyimi və lazımm olarsa çağırılacağımı dedi. 2 gün sonra mən elekron hökümət saytına daxil oldum və orada əmək müqaviləmə 70 Ç maddəsi ilə xitam verildiyini gördüm. Kadrlar idarəsiin rəisinə zəng etdim və niyə belə etdiklərini soruşduqda – Sədr başqa işə görə qəzəblənib və qəzəbini sənə töküb cavabını verdi. Amma əmək kitabçam onlarda qalırdı və ora həmin maddə qeyd edilməmışdi. Kitabçamı götürəcəyim tədqirdə maddənin yazılacağı ilə hədələdilər. 9 ay, 2017-ci ilin oktyabr ayına qədər etdiyim xahişlərin heç bir nəticəsi olmadı. Yasamal rayon məhkəməsinə müraciət etdim. Tələbim əmək kitabçamın öz xahişim ilə yazılıb verilməsı və 9 ay üçün verilməyən əmək haqqımın alınması oldu. İşə hakim Toğrul Axundov baxırdı. Hakimə mənim günahsız olduğumu sübüt elədim. 4 proses oldu. Hakim hər şeyi anladı və onların haqsız olduğunu dedi. Sonuncu prosesdə demək olarki xeyrimə qərar verəcəkdi. Lakin bunu hiss edən şirkəti təmsil edən vəkil mənə barışıq təklif etdi və əmək kitabçamı qaytara biləcəklərini çatdırdı. Əmək haqqımı da tələb edincə, onların günahı ucbatında 9 ay işləyə bilmədiyimi deyincə- bu söhbəti açacaqsansa əmək haqqı görməyəcəksən dedi. Məcbur olub razılaşdım, 02.03.2017 ci il tarixi ilə mənə öz xahişimlə ərizə yazdırıb kitabçanı verdilər. Bu 9 ay müddətində mən yalnız borc edib yaşamışam. Ona görə də yenidən əmək haqqımın tələbi iddiası ilə məhkəməyə müraciət etmişəm. İşə yenə də Toğrul Axundov baxacaq. Sizcə məhkəmədə nə qədər şansım var udmağa? hansı ifadələri verməyimi məsləhət görürsünüz? Əvvəlcədən minnətdarlığımı bildirirəm. Tam cavablandırıldı.
Marked as spam
|
Mülki iş
« Əvvəlki səhifəyə geri dön