Müqavilənin vaxtından tez ixtisar edilməsi.

« Əvvəlki səhifəyə geri dön
0
0

 Salam Qurban Müəllim. Mənim sualim işçi ilə işə götürən arasında olan müqavilənin bir tərəfli xitam verilməsilə bağlıdır.
Yəni mənim şirkətlə 31 May 2018 ci il müddətinə qədər müqaviləm var Amma Şirkət bizi yəni 80 nəfər işçiləri 1 Yanvar 2018 ci ildən ixtisar edir. Və bizə 3 aylıq kompensasiya ödəyəcəyini deyir. Və Fevral və Mart aylarında isə Məşğulluq idarəsindən həqiqətən işləmədiyimiz barədə araiş alıb öz şirkətimizə təqdim edəcəyik və bizə 2 ci və sonra yenidə bu əməliyatla 3 cü yəni Mart ayının kompensasiyasını ödəyəcək. Xahiş edirəm ətraflı olaraq cavablandırasınız. Əvvəlcədən təşəkkür edirəm

Tam cavablandırıldı.
Marked as spam
Amil Mammadli tərəfindən göndərilmişdir
17 Noyabr 2017 19:47 dəqiqədə yazılıb.
301 baxış
0
Məxfi cavab

Salam.

1. 1-ci sualınız aydın deyil. Nəyi öyrənmək istəyirsiniz?

Aşağıdakı maddələrə diqqət edin.

Maddə 114. Əsas məzuniyyət və onun müddətləri

 

1. Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.

2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

3. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;

b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə; 

c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; 

&ccedil:) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə; 

 

d) elmi dərəcəsi olmayan elmi işçilərə;

e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

4. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.

5. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir. 

6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. 

 

Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri

 

1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Maddə 116. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası

 

1. Əmək stajından asılı olaraq işçilərə:

beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;

on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;

on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

2. Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir. KM2

3. Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.

 

 

 

2. 

 

Maddə 139. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri

 

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin (Maddə 154. Əmək haqqı

 

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.)

 birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.

2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi

 

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. 

5. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

6. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər.

7. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

 

Maddə 141. Məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətlərinin ödənilməsi

 

1. Əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir.

2. Müvafiq icra hakimiyyəti orqanı, həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı üçün bu maddənin birinci hissəsində nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir.

 

 

 

3. 

 

Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi

 

2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 

 

 

4.

Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

 

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

şəhid ailəsinin üzvlərinə;

müharibə iştirakçılarına;

əsgər və zabitlərin arvadına (ərinə);

öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;

həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;

xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;

kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

 

Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

 

1. İşəgötürən tərəfindən:

hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; 

yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; 

həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; ;

məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

 

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

 

5.

 

Xeyr 1 hektar torpağı olana müavinat döşmür.

 

6.  “Məşğulluq haqqında” Qanunun  21-ci maddəsinə (Sosial yardım üçün təminatlar) əsasən, 

21.1. İşini və qazancını itirən, ilk dəfə iş axtaran və ya uzun fasilədən sonra yenidən əmək fəaliyyətinə başlamaq istəyən vətəndaşlara dövlət aşağıdakı təminatları verir:

21.1.3. işsiz statusu alanlar üçün müavinətin ödənilməsi;

..

21.1.6. işsiz vətəndaşların himayəsində olan uşaqlar üçün işsizlik müavinətinə və təqaüdə əlavələr edilməsi.

 

Maddə 24. İşsizlik müavinətinin məbləğinin müəyyənləşdirilməsi qaydaları

24.1. İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olduqda, onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir.

24.2. İşsizliyin başlanmasından əvvəlki 12 ay ərzində işəgötürənin təqsiri olmadan müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məcburi ödənişsiz məzuniyyətdə olduğu hallarda və bu səbəbdən həmin 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olanlar üçün müavinətin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24.3. Bütün başqa hallarda işsizlik müavinəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müavinətin minimum məbləğində (bundan sonra “təsdiq olunmuş müavinətin minimum məbləği”) müəyyən edilir.

24.4. İşsizin himayəsində 18 yaşına çatmamış uşağı olduqda, işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin müavinətin 50 faizindən artıq olmamaq şərti ilə artırılır.

24.5. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə tutulmalı olan məbləğlər (alimentlər, ziyanın ödənilməsi və sair məbləğlər) təyin edilmiş müavinətin 50 faizindən çox olmamaq şərtilə işsizlik müavinətindən tutulur.

24.6. Bütün hallarda, müavinətin məbləği respublika üzrə orta aylıq əmək haqqından çox və təsdiq olunmuş müavinətin minimum məbləğindən az olmamalıdır.

Maddə 25. İşsizlik müavinətinin ödənilməsi şərtləri və müddətləri

25.1. İşsiz statusu almış vətəndaşa işsizlik müavinəti, təkrar müavinət alınan hallar istisna olmaqla, ona status müəyyən edildiyi gündən hesablanır.

25.2. Müavinətin ödənilməsi müddəti 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz.

25.3. Hüquqi şəxslərin ləğv edilməsi və ya işçilərin sayı və ştatların ixtisar olunması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sərbəstləşdirilmiş və işdən azad edildikdən sonra müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış, lakin əmək qanunvericiliyi ilə müəyyən edilmiş işdənçıxarma müavinəti və orta əmək haqqı ödənilən müddət ərzində işə düzəldilməmiş vətəndaşlara işsizlik müavinəti bu müddətin qurtardığı birinci gündən təyin edilir.

25.4. İşsizlik müavinəti alan vətəndaşlar ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanında yenidən qeydiyyatdan keçməklə müavinət alırlar. Vətəndaşa işsiz statusu təyin olunan gün qeydiyyat günü hesab edilir.

25.5. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq hüququ vardır. Bu zaman işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur.

 

25.6. İşsizlik müavinətinin ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

 

 

Maddə 27. İşsizlik müavinətinin ödənilməsinin dayandırılması və ona xitam verilməsi

27.1. Müvafiq icra hakimiyyəti orqanı işsizlik müavinətinin ödənilməsini dayandıra və xitam verə bilər.

27.2. Aşağıdakı hallarda işsizlik müavinətinin ödənilməsi 3 ayadək dayandırıla bilər:

27.2.1. işsiz vətəndaş təklif olunan 2 münasib işdən imtina etdikdə;

27.2.2. işsiz vətəndaş müavinət almaq üçün müvafiq icra hakimiyyəti orqanında üzürsüz səbəbdən ayda bir dəfə yenidən qeydiyyatdan keçmədikdə.

27.3. Ödənilən işsizlik müavinətinin dayandırıldığı aylar müavinətin təyin edildiyi ümumi müddətdən çıxarılır və həmin dövr işsizlərin əmək stajına daxil edilmir.

27.4. Aşağıdakı hallarda işsizlik müavinətinin ödənilməsi müvəqqəti olaraq dayandırıla bilər:

27.4.1. təlim və yoxlanış toplantılarına çağırılmış hərbi mükəlləfiyyətli işsiz vətəndaşlar toplanışda olduqları müddətdə;

27.4.2. müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işsiz vətəndaşın peşə hazırlığı və əlavə təhsil müəssisələrində təhsil aldığı müddətdə (təhsil başa çatdıqdan sonra belə vətəndaşlar onlardan asılı olmayan səbəblərdən münasib işlə təmin olunmadıqda); 

27.4.3. başqa şəhərdə qiyabi təhsil alan işsiz vətəndaşlar təhsillə əlaqədar daimi yaşayış yerini tərk etdikləri dövrdə.

27.5. İşsizlik müavinətinin müvəqqəti dayandırıldığı dövr müavinətin təyin edildiyi ümumi müddətdən çıxarılmır və həmin dövr ümumi staja əlavə edilir.

27.6. Aşağıdakı hallarda işsizlik müavinətinin ödənilməsinə xitam verilir:

27.6.1. işsiz vətəndaş işsizlik müavinətini saxta sənədlər təqdim etmək yolu ilə aldıqda;

27.6.2. işsiz vətəndaş işsizlik müavinəti aldığı dövrdə müvafiq icra hakimiyyəti orqanına bildirmədən işə düzəldikdə;

27.6.3. işsiz vətəndaş azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə;

27.6.4. işsiz vətəndaş işə düzəldikdə, hərbi xidmətə çağırıldıqda, vəfat etdikdə;

27.6.5. işsiz vətəndaş müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə peşə hazırlığı (yenidən hazırlıq) kurslarına üzürsüz səbəbdən gəlmədikdə və yaxud təhsili başa vurduqdan sonra təklif olunan iki münasib işdən imtina etdikdə; 

27.6.6. işsiz vətəndaş müvafiq qanunvericiliyə uyğun olaraq pensiyaya çıxdıqda.

 

Siz yuxarıdakı maddələrlə diqqətlə tanış olun.

Uğurlar.

Hörmətlə. 

 

 

 

 

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
30 Noyabr 2017 23:24 radələrində cavablandırılıb
0
Məxfi cavab

Salam, Amil bəy.

Əmək Məcəlləsinin 77-ci maddəsinə (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) əsasən, 

 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə (yəni, maddə 70- b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə:)  işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə (yəni, maddə 70–a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə:)  ləğv edilərkən işçilərə:

— orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti;

— işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.

  1. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

Amil bəy, növbəti -aşağıdakı  bəndə diqqətlə fikir verin:

5. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu qayda bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hala şamil olunmur.”

Amil bəy, gördüyünüz kimi, maddədə deyilir ki, Siz işdən çıxdığınız gündən bir ay ərzində “müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalısınız”, yəni məşğulluq idarəsində işsiz kimi qeydə alınacağınız təqdirdə, oradan gətirəcəyiniz arayış əsasında Sizə işdən çıxandan sonrakı ikinci və üçüncü ay üçün də orta aylıq əmək haqqı  veriləcəkdir.

 

Müdiriyyət qanuni hərəkət edir.

Ancaq müddətli əmək müqaviləsinə xitam verilərkən bəzi qaydalara əməl edilməlidir.

Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

  1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
  2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

 

Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

  1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
  2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

şəhid ailəsinin üzvlərinə;

müharibə iştirakçılarına;

əsgər və zabitlərin arvadına (ərinə);

öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;

həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;

xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;[94]

kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

 

Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

  1. İşəgötürən tərəfindən:

hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;

həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; ;

məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

  1. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar 

 

  1. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
  2. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarınıişəgötürənə təqdim etməlidir.
  3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

Hörmətlə. Sizə uğurlar arzulayıram.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
19 Noyabr 2017 01:35 radələrində cavablandırılıb

Ətraflı və izahlı məlumata görə təşəkkür edirəm Qurban bəy.
Yenidən sualımı vermək istərdim.
1. Əgər işçi ay ərzində 192 saat işləyirsə məzuniyyət neçə gündən başlamalıdır.
2. Məzuniyyət pulu necə ödənilməlidir? ( Məzuniyyətdə olan zaman tək məzuniyyət pulu verilməlidir ya məzuniyyətdə olan zaman əmək haqqıda hesablanıb verilməlidir?)
3. İşçi işləyə-işləyə məzuniyyətə çıxa bilərmi və bilərsə əmək haqqı və məzuniyyət pulu necə hesablanmalıdır?
4. Əgər işdən çixarılan şəxsin öhtəliyində xəstə uşaq varsa, bu halda onu işdən çıxaran müəssə işlə təmin etməlidir?
5. Əgər işdən çıxarılmış şəxsin özünün və Ailə uzvünün adında hərəsinin adında 50 sot. Ümumən 1 hek məşğulluq idarəsindən işdən çıxmaq müavinət ala bilərmi?
6.Bu işsizlik müavinəti Bütün işsiz insanlara şamil edilir? Yəni Ali və orta təhsili və Ailə üzvlərində xəstə az yaşlı varsa müavinət verilirmi?

(Amil Mammadli at 19 Noyabr 2017 12:25)