nigah haqqinda qanunun pozulasi. alimetin verilmemesi

« Əvvəlki səhifəyə geri dön
0
0

  salam qurban muellim. sizi narahat etdiyim ucun cox cox uzr isteyirem.  Men sizi coxboyuk sekilde qibte edir ve insan olaraq qiymetlendirirem. Men Eliyeva Vusale Ekrem qizi 2001 ci ilde eliye Taleh Saleh oglu ile resmi nikah qeydiyyatindan nigahdan sonra bir qizimiz dunyaya gelmisdir. hal hazirdaqizimizin 14 yasi var. Toyumuzdan on- onbes gun  sonra caabdeh sexs meni valideynlerimin yaninda qoyub getdi. Bir muddeet sonra aydin oldu ki  adam basqa bir qadinla aile heyati quraraq Rusiya federasiyasinda yasayir. Duz dord ildir ki men aliment ala bilmirem. mene aliment verilmir. bu sexs uje Rusiya federasiyasinin vetendasidir. men nece ede bilerem ki aliment alim vebunun qanuni yolunu mene gosterin. birdeki cavabdeh sexs rusiyada ozbek milluyyetli qadinla evlenmisdir. ve uc eded usagi vardir. cavabeh sexs hem de ferearidir. o bu torpaga olan borcunu odedmemmisdir. teesuf ki adina burda hecbir mulk yoxdur ki musadire olunsun. sizden cox cox xahis edirem bu suali cavablandirasiz vemene qanuni yolunu gosteresiniz. men 2008 ci ilde nigah sehadetnamesinin pozulmasi haqqinda qanun quvveyeminmisdir. 

Tam cavablandırıldı.
Marked as spam
Klartsen Schezinger tərəfindən göndərilmişdir
11 Mart 2017 15:57 dəqiqədə yazılıb.
200 baxış
0
Məxfi cavab

Salam, Vüsalə xanım!

1. Qızım, əvvəla sizə və balanıza xoşbəxtlik arzulayıram. Gec də olsa, keçmiş 8 Mart Qadınlar günü və qarşıdan gələn bahar bayramı münasibəti ilə təbrik edirəm. Səbrli olun. ALLAH(c.c) səbr edənlərlədir.

2. İkincisi, sizə bir ata kimi məsləhətim: qarşı tərəf nə edir-etsin, siz uşağınızın atasına pislik etmək fikrinə düşməyin. Uşağınız böyüyüb hər şeyi başa düşəndə, bu gün etdikləriniz sizin əleyhinizə işləyəcəkdir. Mən bunu 40 illik təcrübəmə əsasən deyirəm.

3. Alimenti almaq üçün isə məhkəmə qətnaməsini icra edən icra məmurundan tələb edin. O yaxşı bilir ki, bu vəziyyətdə Ədliyyə Nazirliyinin vasitəsilə icra vərəqi cavabdehin yaşadığı dövlətə göndəriləcək və həmin ölkədə icra hərəkətləri yerinə yetiriləcəkdir.

4. Ailə Məcəlləsinin 111-ci maddəsinə (aliment ödəməli olan şəxs xarici ölkəyə daimi yaşamaq üçün getdikdə aliment tutulması) əsasən, 111.1 Xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs bu Məcəllənin 94, 97 və 98-ci maddələrinə uyğun olaraq qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə aliment ödənilməsi barədə saziş bağlaya bilər. 111.2. Aliment ödənilməsi barədə saziş olmadıqda maraqlı şəxslər məhkəməyə müraciət edərək aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilərlər.” Siz bu maddənin 111.2-ci bəndindən istifadə edə bilərsiniz.

Siz qətnamənin icrasını icra məmurundan tələb edin, o özü bilir nə etməlidir.

Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
12 Mart 2017 03:09 radələrində cavablandırılıb