özəlləşdirmə

« Əvvəlki səhifəyə geri dön
0
0

Salam. Qurban müəllim sizə bu məsələ ətrafında bir neçə dəfə yazmışam. Yenidən sualımız yaranıb. Üzür istəyərək cavablandırmağınızı istəyirik. Beləki, 1989-cu ildə XDS qərarı ilə sahibkarlıq kooperativimizin tam fəaliyyəti üçün 18 sot torpaq sahəsi ayrılıb. Artıq 30 ilə yaxındır ki, İsifadəmizə verilən 18 sot torpağa bitişik olan ərazi də bizim istifadəmizdədir. Yəni 18 sor torpaqla ona bitişik, el diliylə desək “zəbt etdiyimiz” torpaq sahəsi eyni hasarın daxilindədir. XDS qərarı ilə verilən torpaq sahəsində təxminən 74 kv metr tikili olub. 2002-ci ildə torpaq sahəsi göstərilməklə Həmin tikiliyə qeydiyyat pasportu verilib. hal-hazırda həmin tikili yoxdur, təbbi fəlakət nəticəsində ucub. İndi həmin ərazi boş torpaq sahəsidir, heç bir tikili yoxdur. Özəlləşdirməylə bağlı əmlak komitəsinə müraciətimiz oldu.ƏMDK-nin Ərazi idarəsindən Dəvət edib sənədlərimizə baxdılar. Qeyd etdilər ki, torpaq istifadənizə XDS qərarı ilə verilib. Yalnız XDS qərarı ilə verilən torpaq sahəsinə sərəncam verə bilərik. “Zəbt etdiyiniz” torpaq sahəsi sonrakı məsələdir. Torpaq üzərində tikili olmadığı üçün özəlləşdirə bilmirik. Qeyd etdim ki, tikili olub, texniki pasport da var, tikinin ölçüləri orada qeyd olunub. Qeyd etdilər ki, qanunvericiliyə gorə tikili faktiki olmalıdır, ona çıxarış almalısan sonra biz torpagı özəlləşdirib mülkiyyətə verə bilərik. Tikilini bərpa etməyimi soruşduqda mümkünsüz olduğunu, eger mümkün olarsa belə şəhər İH-də memarlıqdan icazə-qərar almalı olduğumu bildirdilər. Suallarım bundan sonra yarandı. 1) tikili olub, texpasport da var. İndi tikilini bərpa etməyim üçün, texpasportda olan ölçülərdə tikməyim üçün dogurdanmı icazə, qərar almalıyam? 2) Torpagın özəlləşdirilmə və ya icarə qiymətini soruşanda qeyd etdilər ki, özəlləşdirmək üçün bazar qiymətiylə götürüləcək. Yəni həmin ərazidə olan torpağın bazar qiyməti sotu 2000,3000,4000 və.s manatdırsa sizə də o qiymətlə satılacaq. İcarə haqqı da torpağın bazar qiymətinin 2%-i olacaq. Bu da bizi qane etmədi. Bilmək istəyirəm dogurdanmı belədir? Axı icarə haqqında qanunu oxuyanda orada daha ucuzdu. Yəni mənə bildirilənlərlə qanunlar arasında ziddiyyətlər var. Bu ziddiyyəti də onunla əsaslandırdılar ki prezidentin son fərmanına görə torpaq bazaq qiyməti ilə satılmalıdır. Xahiş edirəm cavablandırasınız.

Tam cavablandırıldı.
Marked as spam
Ramin Həsənov tərəfindən göndərilmişdir
13 Mart 2018 17:23 dəqiqədə yazılıb.
153 baxış
0
Məxfi cavab

Salam, Ramin bəy. Artıq 3-cü dəfədir ki, eyni sualı verirsiniz. Əlinizdəki bütün sənədlərlə ofisimizə yaxınlaşın. Sənədlərinizə baıb sizə lazım olan məsləhəti verərik.
Hörmətlə.

Marked as spam
Qurban Məmmədov tərəfindən göndərilmişdir
15 Mart 2018 09:43 radələrində cavablandırılıb

Minnətdaram

(Ramin Həsənov at 15 Mart 2018 12:19)